AZ

“Tramp həmişə haqlı olmur Əsas rol Azərbaycan Prezidentinə məxsus olub”

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Politoloq Eldar Namazov ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında roluna dair səsləndirdiyi fikirlərə münasibət bildirib.

Namazov deyib ki, Trampın sülhün 20 faizlik ticarət rüsumları tətbiq ediləcəyi hədəsi nəticəsində əldə olunması ilə bağlı iddiası reallığı əks etdirmir. Onun sözlərinə görə, Bayden administrasiyası dövründə Azərbaycan–ABŞ ticarət münasibətləri minimum səviyyəyə endirildiyindən, hətta 2000 faizlik rüsumların belə ölkə iqtisadiyyatına ciddi təsir göstərməsi mümkün olmayıb.

Politoloq bildirib ki, Trampın qeyd etdiyi dövrdə sülh sazişinin mətni artıq razılaşdırılmışdı və yalnız rəsmi elan üçün məkan və format məsələləri qalırdı.

Eldar Namazov vurğulayıb ki, bu prosesdə əsas rol Azərbaycan Prezidentinin liderliyinə məxsus olub. Onun sözlərinə görə, məhz Prezident İlham Əliyev sülh danışıqlarını təşəbbüs edib, sülh müqaviləsinin layihəsini təqdim edib və uzun müddət razılaşmaya mane olan kommunikasiya məsələlərinin saziş çərçivəsindən kənarda saxlanılmasına razılıq verib.

E.Namazov qeyd edib ki, tarixdə qələbələrin adətən çox “atası” olur, məğlubiyyətlər isə yetim qalır.

Bununla belə, politoloq Donald Trampa 8 avqust tarixi və “Tramp marşrutu” ilə bağlı təşəkkürünü də ifadə edib.

Rasim

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr