ain.az bildirir, Unikal.az portalına istinadən.
Rusiya Ukraynanın Rusiya lideri Vladimir Putinin iqamətgahına hücumuna yeni silahlarla cavab verə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"Yeni silahlarımızı əks-hücumla sınaqdan keçirə bilərik. Vladimir Putin dünyanın əvvəllər heç vaxt görmədiyi bir neçə kozırımız olduğunu söylədi", - bəzi media qurumları yazıb.
Peskov daha əvvəl Putinin iqamətgahına edilən hücumu terror aktı adlandırmışdı. O, həmçinin Rusiya Silahlı Qüvvələrinin hücuma cavab verməyə hazır olduğunu bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.