Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115mənzil verilib.
Trend xəbərverir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, mənzillər Bakı və Naftalan şəhərlərində, Abşeron,Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay,Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayışbinalarından təqdim edilib.
Bakıda 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdimedilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirininmüavini Hidayət Abdullayev həssas əhali qruplarına aidvətəndaşlarla bağlı həyata keçirilən sosial müdafiə tədbirlərinidiqqətə çatdırıb.
Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri vəmüharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısınəticəsində həmin kateqoriyalardan olan vətəndaşların sosialmüdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.Möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonradövlətimizin başçısının göstərişi ilə şəhid ailələri və müharibəilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5dəfə genişlənib.
Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7mindən çox, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi evtəqdim olunub. Eyni zamanda, qeyd edilən dövrdə şəhid ailələri vəmüharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinət vətəqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb.
Yeni mənzillərlə təmin olunan şəhid ailələrinin üzvləri vəmüharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilənxüsusi diqqət və qayğıya, bu gün, bayram ərəfəsində yenimənzillərlə təmin edildiklərinə görə Prezident cənab İlham Əliyevədərin minnətdarlıqlarını bildiriblər.