ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Kiyevin Novqorod vilayətindəki Rusiya prezidentinin iqamətgahına hücumu təkcə Vladimir Putinə deyil, həm də ABŞ prezidenti Donald Trampa qarşı yönəlmiş hesab edilə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, bu, "danışıqlar prosesini pozmağa" yönəlmiş terror aktı olub.
Kreml sözçüsü əlavə edib ki, bu, yalnız şəxsən prezidentə qarşı yönəlməyib, Vladimir Zelenskinin Milad müraciətini və "Putinə ünvanladığı" sözlərini xatırladıb.
Rusiya liderinin mətbuat katibi "Ukrayna münaqişəsinin sülh yolu ilə həlli"ni təşviq etmək səylərini pozmaq məqsədi ilə "Amma bu, həm də Trampa qarşı yönəlib" deyib.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.