Müğənni Günel Ələkbərova haqqında yayılan sensiyalı xəbər haqda açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, sənətçi hədiyyə edilən mənzil haqda konkret cavab verməsə də, həmin hədiyyəyə layiq olduğunu bildirib:
“Elə mənə verilməlidir də hədiyyə. Anqavitalara bina verirlər. Gözəl-göyçək qızam. Niyə verməsinlər? Kim nə niyyətlə veribsə, Allah qəbul eləsin”.
Qeyd edək ki, sosial şəbəkələrdə millət vəkilinin Günel Ələkbərovaya yaşayış komplekslərindən birində mənzil hədiyyə etməsi haqda xəbərlər yayılıb.