AZ

Xərçəng riskinə qarşı yeni addım: HPV peyvəndi pulsuz olacaq

Rusiyada virus papilloma infeksiyasına (HPV) qarşı peyvəndin vətəndaşlar üçün pulsuz edilməsi planlaşdırılır.

Ekologiya.az xəbər verir ki, rəsmi açıqlamalara əsasən, bu qərarın 2027-ci ildən etibarən qüvvəyə minməsi nəzərdə tutulur.

Bildirilir ki, artıq peyvəndlə bağlı istehsal mərhələsi aktiv fazaya keçib. Dövlət Dumasında vurğulanıb ki, elmi-texniki baxımdan məsələ tam həll olunub, hazırda isə layihə son icra mərhələsindədir.

Qeyd edək ki, bu ilin payızından etibarən yerli farmasevtik şirkətlər HPV-yə qarşı vaksinin kütləvi istehsalına başlayıblar. Layihə 15 milyard rubldan artıq investisiya həcmi olan dövlət proqramı çərçivəsində həyata keçirilir.

Mütəxəssislər bildirir ki, HPV dünyanın ən geniş yayılmış infeksiyalarından biridir və bəzi hallarda onkololoji xəstəliklərin yaranmasına səbəb ola bilir. Yeni qərar bu baxımdan profilaktik səhiyyə siyasətində ciddi dönüş kimi qiymətləndirilir.

Seçilən
52
ekologiya.az

1Mənbələr