AZ

İsraildən İrana bir cümləlik cavab: Aciz və çarəsizsiniz

BAKI, 30 dekabr. TELEQRAF

İsrail Xarici İşlər Nazirliyi İran parlamentinin İqtisadi Komitəsinin üzvü Fatimə Maqsudinin Baş nazir Benyamin Netanyahunun açıqlamalarının ölkəsində qiymətlərə təsiri ilə bağlı sözlərinə reaksiya verib.

Teleqraf xəbər verir ki, İsrailin xarici siyasət qurumu sosial media hesabında bunu bir cümlə ilə “İranın acizliyi və çarəsizliyinin əlaməti” adlandırıb.

Fatimə Maqsudi bundan öncə İranda bahalaşma ilə bağlı bildirmişdi:

“Tramp Netanyahuya “gəl bir qəhvə içək” deyən kimi, İranda qəfil valyutanın qiymətləri qalxır. Netanyahu bir söz deyir, qiymətlər yenə artır”.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr