Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin idarə heyətinin 2025 - ci ilin yekunlarına həsr olunmuş genişləndirilmiş iclası keçirilib.Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.İclasda TAİB sədri, akademik Südeif İmamverdiyev çıxış edərək bildirib ki, təşkilat 2025-ci ili uğurla başa vurur. Belə ki, ötən illərdə olduğu kimi, bu il də TAİB Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ictimai qurumları ilə əlaqələrini inkişaf etdirərək, birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıb.İclasda TAİB-in sədr müavini Eyvaz Hünbətov il ərzində görülmüş işlərə dair hesabat xarakterli çıxış edərək, təşkilatın əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. O qeyd edib ki, TAİB il ərzində türk dövlətləri arasında ictimai əlaqələrin möhkəmləndirilməsi, ortaq dəyərlərin təbliği və ağsaqqallıq institutunun rolunun artırılması istiqamətində mühüm addımlar atıb.Eyni zamanda, İdarə Heyətinin üzvləri ilə birlikdə 2026-cı il üçün fəaliyyət planı müzakirə olunaraq, birgə layihələrin genişləndirilməsi, konfransların təşkili, gənclərin bu proseslərə daha fəal cəlb edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. İclasın sonunda qarşıdakı dövr üçün müvafiq qərar və tövsiyələr qəbul edilib. Sonda TAİB-in il ərzində gördüyü işlərlə bağlı videoçarx nümayiş olunub və tədbirlərin mediada işıqlandırılmasında fəaliyyəti ilə seçilən Missiya Media Qrupunun bir neçə əməkdaşına fəxri fərmanlar təqdim olunub.Nurlana ƏhmədovaMissiya.Az


- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta