Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakının Qaradağ rayonunda 43 yaşlı kişi şadlıq sarayının həyətində onu götürməyə gələn sürücüyə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 26 aprel 2025-ci ildə, saat 21:00-da rayonunu Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən fəaliyyətdə olmayan “Şəms ” şadlıq sarayının həyətində baş verib. Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Əfsun həmin ərazidə tanışı Tapdıq (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs əlləri ilə zərərçəkmiş şəxsin paltarının yaxa hissəsindən tutaraq baş nahiyəsi ilə onun sol qaş nahiyəsinə bir dəfə zərbə vurub. Hadisəni törədən Əfsunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfsun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, aprelin 26-da, axşam saatlarında Sahil qəsəbəsində “Şəms” şadlıq sarayının yanında olan zaman taksi kimi fəaliyyət göstərən tanışı Tapdığa zəng edib və onu götürməsini xahiş edib: “Bir qədər sonra Tapdıq dediyim yerə gəldi. Həmin vaxt Tapdıq ilə aramızda yol haqqı üstündə mübahisə yarandı və mübahisə zamanı baş nahiyyəm ilə onun sifətindən vurdum”.Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində Neftçala rayonunun hüdudlarını tərk etməsi, hər gün axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub. Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.