AZ

Azərbaycanda inşaat vә tikinti sektoruna kredit qoyuluşları aylıq ifadədə artıb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən inşaat vә tikinti sektoruna qoyulmuşkreditlərin həcmi 1,861 milyard manata çatıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 29,1 milyon manatvə ya 1,6% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 91 milyonmanat və ya 4,7% azdır.

Qeyd edək ki, ümumilikdə bu ilin dekabrın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manattəşkil edib.

Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manatvə ya 8,3% artım deməkdir.

Seçilən
41
2
az.trend.az

4Mənbələr