Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Əmək münasibətlərində tərəflərin — işəgötürən və işçinin hüquq və öhdəlikləri qarşılıqlı əsasda formalaşır. Bununla belə, işçi tərəfindən əmək vəzifələrinin icra edilməməsi və ya müəssisədaxili intizam tələblərinin pozulması hallarında işəgötürənin müvafiq tədbirlər görməsi gündəmə gələ bilər.
Belə hallarda ortaya çıxan əsas məsələlərdən biri ondan ibarətdir ki, işçinin işə gecikməsi, ona verilmiş tapşırıqları yerinə yetirməməsi və ya iş prosesində digər hallarıa yol verməsi zamanı işəgötürən tərəfindən cərimə tətbiq oluna bilərmi? Bəzən işçilər işəgötürənlər tərəfindən bu hallara görə cərimələnir. Yəni, maaşından tutulmalar baş verir. Bəs bu qanunidirmi?
Bununla bağlı hüquqşünas Ramil Süleymanov Banco.az-a bildirib ki, işəgötürən işçini yalnız o halda cərimə edə bilər ki, işəgötürənlə işçilərin həmkarlar ittifaqı təşkilatı arasında bağlanmış kollektiv sazişdə bununla bağlı müddəa nəzərdə tutulmuş olsun.
Qeyd edək ki, Əmək Məcəlləsinin 175-ci maddəsinə görə, işçinin əmək haqqından tutulmalar yalnız qanunvericilikdə və ya kollektiv müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.