AZ

Yeni ildə azərbaycanlılar daha çox hansı ölkələrə üz tutur?

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Artıq Yeni ilin gəlişinə 2 gün qalıb.

Hər kəs özü üçün bayram planı qurub.

Kimisi evində, kimisi şəhərdə, kimisi də rayonda, kimisi də xarici ölkədə.

Maraqlıdır, bu il xaricə gedənlər çoxluq təşkil edirmi?

İnsanlar daha çox hansı ölkələrə üz tutur?

Bu barədəGununsesi.info-ya Adventour Travel Agency rəhbəri Xəqani Hüseynov danışıb.

O bildirib ki, vəziyyət o qədər də ürəkaçan deyil:

“Ümumi götürsək, vəziyyət ürəkaçan deyil. Yəni əvvəlki illərə nisbətdə satış zəifdir, bu da o deməkdir ki, xaricə üz tutanlar azlıq təşkil edir. Ancaq heç yoxdur da demək olmaz. Daha çox Tiflisə, Misirə, Dubaya gedirlər. Havaların isti keçdiyi ölkələr üstünlük təşkil edir. Erkən rezervasiyalar açılıb, ancaq müraciət edənlər çox azdır”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
143
icma.az

1Mənbələr