AZ

On bir ayda “AzerGold” 205,9 milyon dollar dəyərində məhsul ixrac edib

Bakı, 30 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr aylarında “AzerGold” QSC 205,9 milyon dollar dəyərində məhsul ixrac edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr buraxılışına istinadla xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 73,5 milyon dollar çoxdur.

Qeyd edək ki, bu ilin on bir ayında qeyri-neft-qaz ixracı 3,3 milyard dollar təşkil edib.

Seçilən
109
2
azertag.az

3Mənbələr