AZ

Milli Məclisin payız sessiyası başaÇATDI - YENİLƏNİB

Milli Məclisin 2025-ci il payız sessiyasında parlamentin 16 iclası olub, 86 qanun və qərar layihəsinə baxılıb.

Redaktor.az-ın məlumatına görə, 2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilib, 181 qanun və 33 qərar qəbul edilib.

İl ərzində Milli Məclisdə 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilib.

İl ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın rəhbəri və şöbə müdirləri, İşlər müdiri tərəfindən 3 minədək vətəndaş qəbul edilib, parlamentdə 22 mindən çox vətəndaş müraciətinə baxılıb.

Nümayəndə heyətləri 15 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib.

Ötən dövrdə 61 ölkənin və 20 beynəlxalq təşkilatın 165 nümayəndə heyəti, ümumən isə 1 283 xarici qonaq Milli Məclisdə olub.

İl ərzində 94 deputat 49 ölkəyə 201 səfər həyata keçirib.

Milli Məclis sədrinin 17 ölkəyə 4 rəsmi və 15 işgüzar səfəri olub. Milli Məclisin sədri 4 ölkənin dövlət başçıları, 27 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 6 ölkənin icra hakimiyyəti orqanlarının nümayəndələri, 9 ölkənin ombudsmanları, 16 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.

***

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

Redaktor.az-ın məlumatına görə, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.

Beləliklə, parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılıb.

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.

Seçilən
43
redaktor.az

1Mənbələr