AZ

Ukraynalılar ədalətli sülh istəyir- Zelenskidən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib ki, ölkə əhalisi sülhə can atsa da, bunun Donbasdan imtina bahasına baş verməsini qəbul etmir. Onun sözlərinə görə, ukraynalılar müharibədən yorulublar, lakin milli təhlükəsizliyi riskə atan güzəştlərə hazır deyillər.

Milli.Az xəbər verir ki, Zelenski qeyd edib ki, aparılan sorğular əhalinin böyük əksəriyyətinin sülhü dəstəklədiyini göstərir. Bununla yanaşı, vətəndaşların təxminən 85 faizi Donbasdan çıxmağa qəti şəkildə qarşıdır. Prezident vurğulayıb ki, bu göstəricilər cəmiyyətin ədalətli və dayanıqlı sülh istədiyini açıq şəkildə ortaya qoyur.

O əlavə edib ki, Donbasdan imtina Ukrayna üçün ən mənfi ssenarilərdən biridir və belə bir addım həm ölkə üçün ciddi təhlükələr yaradar, həm də cəmiyyət tərəfindən qəbul olunmaz. Zelenskinin fikrincə, danışıqlarda iştirak edən bütün tərəflər bu reallığı nəzərə almalıdır.

Asya
Milli.Az

Seçilən
60
1
milli.az

2Mənbələr