Moskva sakini balkonunda qızıl və nağd pul dolu çanta tapıb.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, maraqlı hadisə dəbdəbəli yaşayış kompleksində baş verib. Çantada qızılla yanaşı təxminən 100 milyon rubl (2 milyon 171 min 500 manat) nağd pul olub.
Məlum olub ki, bu, qonşuların əmanətləri imiş. Onların oğlu qızılları fırıldaqçılara satmaq istəyib. Lakin onun planı baş tutmayıb: bütün pul və qızıl aşağıdakı mənzilin eyvanına düşüb.
Bildirilir ki, oğlan bir neçə gün telefon fırıldaqçıları ilə əlaqə saxlayıb. Onlar onu valideynlərinin bütün pullarını götürməyə, pəncərədən kuryerə atmağa məcbur ediblər.