AZ

İran Kanada Kral Donanmasını “terror təşkilatı” elan edib

İran Xarici İşlər Nazirliyi çərşənbə axşamı yaydığı açıqlamada Kanada Kral Donanmasının “terror təşkilatı” kimi tanındığını bəyan edib.

Editor.az xəbər verir ki, XİN-in məlumatına görə, bu qərar Ottava hakimiyyətinin İran ordusunun ideoloji qanadı hesab edilən İnqilab Keşikçiləri Korpusunu (SEPAH) beynəlxalq hüququn əsas prinsiplərinə zidd şəkildə “terror təşkilatı” elan etməsinə cavab olaraq qəbul edilib.

Açıqlamada qeyd olunub ki, İran tərəfi bu addımı beynəlxalq hüquqa zidd hesab edir və suveren dövlətlərin rəsmi silahlı qüvvələrinin terror siyahılarına salınmasının təhlükəli presedent yaratdığını vurğulayır.

Xatırladaq ki, Kanada 2012-ci ildə Tehrandakı səfirliyini bağlayıb və İran diplomatlarını ölkədən çıxarıb. Həmin vaxtdan etibarən iki ölkə arasında rəsmi diplomatik nümayəndəlik mövcud deyil.

Qeyd edək ki, Ottava administrasiyası 2024-cü ildə İran İnqilab Keşikçiləri Korpusunu rəsmi olaraq “terror təşkilatları” siyahısına daxil edib.

Tahran hakimiyyəti isə bu təsnifatı “beynəlxalq hüquqa zidd” adlandırır və bildirir ki, bu kimi qərarlar dövlətlərin silahlı qüvvələrini birbaşa hədəfə alır. İran daha əvvəl də oxşar addımlar atıb. Belə ki, ABŞ-ın 2019-cu ildə İnqilab Keşikçilərini “terror təşkilatı” elan etməsindən sonra Tehran ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) və ABŞ ordusu ilə əlaqəli bəzi qurumları “terrorçu” kimi tanımışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr