Məşhur amerikalı aktyor Corc Kluni ailə üzvləri ilə birlikdə Fransa vətəndaşlığı alıb.
Kulis.az xəbər verir ki, onun həyat yoldaşı Amal və 8 yaşlı əkiz övladları Ella və Aleksandr da Fransa pasportu əldə ediblər.
Kluni ailəsi son illərdə Fransanın cənubunda yaşayır və aktyor 2021-ci ildə burada dəyəri 9 milyon avro olan geniş mülk satın alıb.
Qeyd edək ki, aktyor Fransanı övladları üçün "normal həyat mümkün olan ölkə" kimi qiymətləndirib.