
Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze qiyabi həbs cəzasına məhkum edilib.
Yeniavaz.com xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Rusiya vətəndaşı olan Otar Partsxaladze iş adamı Levan Canqveladzenin öz mənfəəti üçün qəsdən öldürülməsini təşkil etməkdə ittiham olunur.
Partsxaladzenin vəkili Qaqi Mosiaşvili qətimkan tədbiri kimi həbs cəzası tələbi ilə razılaşmayıb.
Müdafiə tərəfi hesab edir ki, işdə birbaşa sübut olmadığı üçün Otar Partsxaladze qətimkan tədbiri olmadan azad edilməlidir.
Əgər təqsirli bilinərsə, onu 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
Keçmiş baş prokuror hazırda Rusiyadadır. Prokurorluğun məlumatına görə, o, Gürcüstan sərhədini 2025-ci ilin iyun ayında keçib.
Qeyd edək ki, Levan Canqveladze 14 mart 2025-ci ildə Tbilisinin Çavçavadze prospektində qətlə yetirilib. Qətli törətməkdə ittiham olunan Gela Udzilauri bu ilin oktyabrında ömürlük azadlıqdan məhrum edilib.