AZ

“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb

(®) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azercell Könüllüləri” ənənəvi xeyriyyə aksiyası keçirib. “Bölüşək, sevindirək!" adlı təşəbbüs çərçivəsində könüllülər şəhid və qazı ailələrini, eləcə də aztəminatlı ailələri ziyarət edərək, onların övladlarına bayram sevinci yaşadıblar.

Aksiya çərçivəsində Lerik rayonunda Lerik Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin yerli strukturlarının dəstəyi ilə uşaqlar üçün xüsusi bayram proqramı da təşkil edilib. Tədbir zamanı balacalar üçün əyləncəli proqram təqdim olunub, onlara müxtəlif Yeni il hədiyyələri paylanılıb.

Ümumilikdə, müxtəlif yaş kateqoriyalarından olan 200-dən çox həssas qrup uşağa bayram hədiyyələri çatdırılıb. Təşəbbüs “Azercell Telekom” MMC-nin könüllüləri və “Aztelekom” MMC-nin əməkdaşları tərəfindən birgə reallaşdırılıb.

Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət olan “Azercell Könüllüləri” xeyriyyə təşkilatı 2004-cü ildən fəaliyyət göstərir və bu müddət ərzində sosial rifahın yaxşılaşdırılması istiqamətində çoxsaylı xeyriyyə təşəbbüsləri həyata keçirib.

 

Azercell Könüllüləri Azercell xeyriyyə aksiyası Bölüşək sevindirək təşəbbüsü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası Yeni il xeyriyyə layihəsi şəhid ailələrinə dəstək qazi ailələrinə yardım aztəminatlı ailələr üçün yardım uşaqlar üçün bayram proqramı Lerik rayonunda sosial aksiya Azercell sosial məsuliyyət Aztelekom əməkdaşları könüllülük fəaliyyəti Azərbaycan bayram hədiyyələri uşaqlar üçün sosial rifah layihələri korporativ sosial məsuliyyət Azercell Telekom MMC həssas qrup uşaqlar xeyriyyə tədbiri Azərbaycan
Seçilən
42
10
marja.az

10Mənbələr