Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanına zərər verə biləcək hər hansı bir hərəkəti qəti şəkildə rədd etdiyini bəyan edib və Krallığın suverenliyinə, eləcə də milli təhlükəsizliyinə tam hörmətini bir daha təsdiqləyib.
APA xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda BƏƏ-nin Səudiyyə Ərəbistanının suverenliyinə hörmət etdiyi vurğulanıb, Yəmənlə bağlı səsləndirilən iddialar təkzib edilib.
Qeyd olunub ki, BƏƏ Yəməndə tərəflər arasında yaranmış gərginliklə hər hansı bir əlaqəsinin olduğunu inkar edir və Yəməndəki heç bir qruplaşmaya Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparmaqla bağlı göstəriş verməyib.