AZ

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, habelə “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılsın.

2. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bir ay müddətində:

4.1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi işçilərinin say həddini müəyyən etsin;

4.1.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görsün;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61 (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529; 2025, № 2, maddə 119, № 8, maddələr 751, 774) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 6-cı hissədə “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə I – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu” üzrə:

5.2.1. 2-ci hissədə “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin;

5.2.2. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi;”;

5.2.3. 7-ci hissəyə “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin;

5.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:

5.3.1. 1-ci və 2-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) maliyyə, büdcə, audit, vergi, gömrük, dövlət rüsumu və digər büdcə daxilolmaları sahəsində dövlət siyasətini hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət siyasətinin və tənzimləməsinin, habelə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərindən, dövlət zəmanəti ilə alınan və dövlət büdcəsinin vəsaiti hesabına verilən kreditlərdən, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən, həmçinin dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitlərindən (bundan sonra – dövlət vəsaiti) istifadə və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.”;

5.3.2. 3-cü hissədə “icra hakimiyyəti orqanları” sözləri “dövlət orqanları (qurumları)” sözləri ilə, “və qeyri-hökumət təşkilatları ilə” sözləri “, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;

5.3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.”;

5.3.4. 5-ci hissəyə “fəaliyyəti” sözündən sonra “, habelə maddi-texniki təminatı” sözləri əlavə olunsun və həmin hissədə “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda” sözləri ilə əvəz edilsin;

5.3.5. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi, gömrük, dövlət rüsumu dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri və digər büdcə daxilolmaları sahəsində dövlət siyasətini işləyib hazırlamaq və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin etmək;

7.2. Nazirliyin fəaliyyət sahəsində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

7.3. dövlət və icmal büdcələrin layihələrinin normativ hüquqi aktlara uyğun olaraq hazırlanmasını və dövlət büdcəsinin icrasını təmin etmək;

7.4. dövlət vəsaitinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil etmək;

7.5. dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil etmək, dövlət borclanma siyasətini işləyib hazırlamaq və həyata keçirilməsini təmin etmək;

7.6. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqinin, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqinin həyata keçirilməsini və icra göstəricilərinin təhlil edilməsini təşkil etmək;

7.7. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini hazırlamaq və fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilməsi üçün tədbirlər görmək;

7.8. Azərbaycan Respublikasında audit fəaliyyəti sahəsində dövlət siyasətini hazırlamaq və həyata keçirilməsi ilə bağlı təkliflər vermək, dövlət orqanlarında (qurumlarında), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə daxili audit qurumlarının fəaliyyətinin əlaqələndirilməsini və vahid metodoloji bazasının yaradılmasını təşkil etmək;

7.9. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək;

7.10. büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri və digər büdcə daxilolmaları, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində normativ hüquqi aktlarla və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normayaratma fəaliyyətini həyata keçirmək;

7.11. Nazirliyin fəaliyyət sahəsinin inkişafını təmin etmək;

7.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.”;

5.3.6. 8-ci hissə üzrə:

5.3.6.1. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.2. maliyyə, büdcə, vergi, gömrük, dövlət rüsumu, mühasibat uçotu, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, dövlət maliyyə nəzarəti və audit fəaliyyəti, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri və digər büdcə daxilolmaları sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;”;

5.3.6.2. 8.3-cü bənddən “və gömrük” sözləri çıxarılsın;

5.3.6.3. 8.4-cü bənddən “hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini hazırlayıb qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmək,” sözləri çıxarılsın;

5.3.6.4. aşağıdakı məzmunda 8.4-1-ci, 8.5-1-ci və 8.5-2-ci bəndlər əlavə edilsin:

“8.4-1. növbəti büdcə ili üzrə dövlət büdcəsi və icmal büdcə ilə bağlı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədləri, o cümlədən büdcə qaydasının parametrlərini hazırlamaq və həmin Qanunla müəyyən edilmiş qaydada təqdim etmək;”;

“8.5-1. ortamüddətli xərclər çərçivəsinin, proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi və fiskal risklərin idarə edilməsi üçün zəruri tədbirlər görmək;

8.5-2. ortamüddətli xərclər çərçivəsini, o cümlədən ortamüddətli büdcə çərçivəsini, habelə sektorlar üzrə icmallaşdırılmış büdcə planlarının ötən il üzrə icrasına dair monitorinqin nəticələrini hazırlamaq və bununla bağlı normativ hüquqi aktlarla Nazirliyə həvalə olunmuş digər vəzifələrin icrasını təmin etmək;”;

5.3.6.5. 8.6-cı bəndə üçüncü halda “vəsaitləri” sözündən sonra

“, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti” sözləri əlavə edilsin;

5.3.6.6. 8.7-ci bənddə “Nazirliyin Dövlət Xəzinədarlığı” sözləri “Nazirlik yanında Dövlət Xəzinədarlıq” sözləri ilə, “maliyyələşən təşkilatların sifarişinə və məxaric cədvəllərinə” sözləri “maliyyə vəsaiti alan təşkilatların sifarişinə” sözləri ilə əvəz edilsin;

5.3.6.7. aşağıdakı məzmunda 8.7-1 – 8.7-4-cü bəndlər əlavə edilsin:

“8.7-1. dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitinin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), məqsədli büdcə fondları, dövlət büdcəsi kəsirinin bağlanması üçün dövlət borcalmaları üzrə əməliyyatları (Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla) və digər dövlət maliyyə əməliyyatlarını Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə həyata keçirmək;

8.7-2. dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin etmək və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil etmək;

8.7-3. dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitdən istifadənin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə ünvanlı icra edilməsini təşkil etmək;

8.7-4. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesablarına çıxış imkanı əldə etmək;”;

5.3.6.8. 8.8-ci bəndə birinci halda “dövlət” sözündən əvvəl “dövlət investisiya siyasətinin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək, həmçinin” sözləri, “proqramlarının” sözündən sonra “, strategiyalarının” sözü əlavə edilsin;

5.3.6.9. aşağıdakı məzmunda 8.8-1-ci bənd əlavə edilsin:

“8.8-1. dövlət orqanının (qurumunun) tabeliyində yaradılan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərlə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlərin ödənilməsinə dair müqavilə bağlamaq;”;

5.3.6.10. 8.9-cu bənddə “zərurət” sözü “dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr tətbiq olunması zərurəti” sözləri ilə, “qanunvericiliyə” sözü “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.3.6.11. 8.10-cu bənddə “büdcə” sözü “dövlət büdcəsi” sözləri ilə, “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

5.3.6.12. 8.11-ci bənddə “ayrılan vəsaitlərdən” sözləri “, büdcədənkənar dövlət fondlarından ayrılan vəsaitlərdən, həmçinin dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitindən, dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərdən” sözləri ilə əvəz olunsun və həmin bənddən “əməliyyatlar üzrə” və “maliyyə orqanları ilə razılaşdırılmış qaydada” sözləri çıxarılsın;

5.3.6.13. aşağıdakı məzmunda 8.11-1-ci bənd əlavə edilsin:

“8.11-1. dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin, o cümlədən onların ehtimal olunan dəyərinin, layihə-smeta sənədlərinin və texniki-iqtisadi əsaslandırmalarının ilkin maliyyə ekspertizasını aparmaq, habelə həmin layihələr üzrə işlərin icrasına və ayrılan vəsaitdən səmərəli və təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədilə dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsini təmin etmək;”;

5.3.6.14. 8.13-cü bənddə “büdcəsinin mərkəzləşdirilmiş xərclərindən” sözləri “büdcəsindən” sözü ilə əvəz edilsin;

5.3.6.15. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

“8.13-1. dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməyin ödənişi, sosial ödənişlər və dövlət icbari şəxsi sığortası üzrə xərclərin büdcə ili ərzində çatışmayan hissəsinin qarşılanması məqsədilə həmin təşkilatın təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri arasında müvafiq dəyişiklikləri həyata keçirmək;”;

5.3.6.16. 8.14-cü bəndə “dövlət” sözündən əvvəl “bu Əsasnamənin 8.13-1-ci bəndində göstərilən hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

5.3.6.17. 8.16-cı bənddə “büdcə gəlirlərinin proqnozlaşdırılmasını və ona metodiki rəhbərliyi” sözləri “dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin proqnozlaşdırılmasını, ona metodiki rəhbərliyi və koordinasiyanı” sözləri ilə əvəz edilsin;

5.3.6.18. 8.17-ci bəndə “rüsumlarının” sözündən sonra “, gömrük ödənişlərinin” sözləri əlavə edilsin;

5.3.6.19. aşağıdakı məzmunda 8.17-1 – 8.17-4-cü bəndlər əlavə edilsin:

“8.17-1. vergi və gömrük sahəsində güzəşt və azadolmalara dair məlumatların mərkəzləşdirilmiş elektron reyestrini aparmaq, onların dövlət büdcəsinin gəlirlərinə təsirini və səmərəliliyini qiymətləndirmək və qiymətləndirmənin nəticəsinə uyğun təkliflər vermək;

8.17-2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş inzibati cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatları təhlil etmək və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin etmək;

8.17-3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət etmək;

8.17-4. dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaiti üzrə gəlir və xərclərinin proqnozlaşdırılmasını, bununla bağlı smetanın tərtibi və təsdiqi üçün zəruri tədbirlər görmək;”;

5.3.6.20. 8.18-ci bənddə “qanunvericilikdə” sözü “normativ hüquqi aktlarda” sözləri ilə əvəz olunsun və həmin bəndə “etmək” sözündən sonra “, həmçinin ciddi hesabat blanklarının istifadəsinə nəzarəti həyata keçirmək” sözləri əlavə edilsin;

5.3.6.21. 8.21-ci bənddə “Respublikasının” sözündən sonra “enerji balansının və” sözləri əlavə edilsin;

5.3.6.22. 8.22-ci bənddə “qanunvericilikdə” sözü “normativ hüquqi aktlarda” sözləri ilə əvəz edilsin;

5.3.6.23. aşağıdakı məzmunda 8.23-1 – 8.23-3-cü bəndlər əlavə edilsin:

“8.23-1. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirmək və icra göstəricilərini təhlil edərək nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etmək;

8.23-2. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin xalis mənfəətindən dövlət büdcəsinə dividendlərin ödənilməsinə nəzarəti həyata keçirmək;

8.23-3. iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək;”;

5.3.6.24. 8.24-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.24. dövlət vəsaitinin əldə edilməsi və təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təmin etmək;”;

5.3.6.25. 8.25-ci bənddən “yerli maliyyə orqanlarının” sözləri çıxarılsın və həmin bənddə “Agent-bankların” sözü “müvəkkil bankların” sözləri ilə əvəz edilsin;

5.3.6.26. 8.26-cı bənddə “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla” sözləri ilə, “qərarlarına və hüquq mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda, məqsədli büdcə və büdcədənkənar dövlət fondlarında təftiş və yoxlamalar” sözləri “, prokurorluq və istintaq orqanlarının qərarlarına əsasən dövlət orqanlarında (qurumlarında), büdcədənkənar dövlət fondlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə dövlət maliyyə nəzarəti tədbirlərini” sözləri ilə əvəz edilsin;

5.3.6.27. aşağıdakı məzmunda 8.26-1-ci bənd əlavə edilsin:

“8.26-1. dövlət maliyyə nəzarəti tədbirləri zamanı dövlət vəsaitindən istifadə ilə bağlı aşkar olunan artıq və əsassız ödənişlərin izlənilməsi məqsədilə onun uçotunun aparılmasını, həmin vəsaitin ilkin mənbəyinə bərpa olunmasına nəzarəti təmin etmək;”;

5.3.6.28. 8.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.27. Nazirliyin fəaliyyət sahələrində, o cümlədən dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun tədbirlər görmək;”;

5.3.6.29. aşağıdakı məzmunda 8.27-1-ci bənd əlavə edilsin:

“8.27-1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət orqanının funksiyalarını həyata keçirmək;”;

5.3.6.30. 8.30-cu bənddə ikinci halda “etmək” sözündən sonra “, o cümlədən dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək” sözləri əlavə edilsin;

5.3.6.31. 8.31-ci bəndə “məbləğinin” sözündən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na uyğun olaraq” sözləri əlavə edilsin;

5.3.6.32. 8.31-1-ci bəndə “dövlətə” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na uyğun olaraq,” sözləri əlavə edilsin;

5.3.6.33. 8.31-2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.31-2. dövlət borcu və dövlət zəmanətləri ilə bağlı müqavilələrin hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikası adından borcun alınması və zəmanət verilməsi, dövlət borcunun vaxtında ödənilməsi və ölkə daxilində dövlət qiymətli kağızları bazarının inkişafı barədə təkliflər vermək;”;

5.3.6.34. 8.33-cü bənddə “qanunvericiliyə” sözü “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.3.6.35. 8.34-cü bəndə birinci halda “dövlət” sözündən əvvəl “dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün tələb olunan vəsaitin həcmi barədə təkliflər vermək və” sözləri əlavə edilsin;

5.3.6.36. 8.37-ci bənddə “qanunvericiliyə” sözü “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.3.6.37. 8.38-ci bənddə “gömrük-tarif” sözləri “sığorta” sözü ilə əvəz edilsin;

5.3.6.38. aşağıdakı məzmunda 8.38-1-ci bənd əlavə edilsin:

“8.38-1. dövlət büdcəsinin gəlir və xərclərinə təsir edən normativ hüquqi akt layihələrinin, habelə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaitindən istifadəni nəzərdə tutan hüquqi akt layihələrinin maliyyə ekspertizasını həyata keçirmək və onlara müvafiq rəy vermək;”;

5.3.6.39. 8.39-cu bənddən “, dövlət büdcəsindən maliyyələşən qurumların strukturunun, əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsinə və ştat vahidlərinin müəyyən edilməsinə” sözləri çıxarılsın;

5.3.6.40. aşağıdakı məzmunda 8.40-1-ci bənd əlavə edilsin:

“8.40-1. Azərbaycan Respublikasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimləməsi, onun inkişaf istiqamətləri barədə təkliflər vermək;”;

5.3.6.41. 8.41-ci bənddən “büdcəsinin” sözü çıxarılsın;

5.3.6.42. 8.42-ci bənddə “maliyyə (maliyyə-kredit)” sözləri “və regional maliyyə institutları (maliyyə-kredit təşkilatları)” sözləri ilə, “qanunvericilikdə” sözü “normativ hüquqi aktlarda” sözləri ilə əvəz edilsin;

5.3.6.43. 8.43-cü bənddə “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla” sözləri ilə, “maliyyə-kredit təşkilatları” sözləri “və regional maliyyə institutları (maliyyə-kredit təşkilatları)” sözləri ilə əvəz edilsin;

5.3.6.44. 8.45-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.45. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq həmin təşkilatlarda əməkhaqlarının düzgün tətbiqinə nəzarət etmək, habelə ştat cədvəlləri və boş (vakant) ştatları barədə məlumatları təhlil etməklə, onların strukturunun təkmilləşdirilməsi, ştat vahidlərinin müəyyən edilməsi və əməkhaqqı sistemlərinin optimallaşdırılması ilə bağlı təkliflər vermək;”;

5.3.6.45. 8.46-cı bənd ləğv edilsin;

5.3.6.46. 8.47-ci bənddə “dövlət idarə, müəssisə və təşkilatlarının, o cümlədən” sözləri “dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların,” sözləri ilə əvəz edilsin;

5.3.6.47. aşağıdakı məzmunda 8.49-2-ci və 8.49-3-cü bəndlər əlavə edilsin:

“8.49-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotu subyektləri tərəfindən Nazirliyə təqdim edilən maliyyə hesabatları üzrə vahid məlumat bazasını formalaşdırmaq, həmçinin büdcə təşkilatları tərəfindən mühasibat uçotunun elektron formada aparılmasını təşkil etmək;

8.49-3. elektron ciddi hesabat blanklarının vahid reyestrini formalaşdırmaq, aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiya edilməklə həmin blankların real vaxt rejimində izlənilməsini təmin etmək;”;

5.3.6.48. 8.50-ci bənddə “qanunvericiliyə” sözü “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.3.6.49. 8.51-ci bənddə “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

5.3.6.50. 8.52-ci bənddə “qanunvericiliyə” sözü “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.3.6.51. 8.53-cü bənddə “büdcə” sözü “dövlət büdcəsi” sözləri ilə, “normativ tənzimləməni” sözləri “normayaratma fəaliyyətini” sözləri ilə əvəz edilsin;

5.3.6.52. 8.54-cü və 8.55-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“8.54. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq olaraq lisenziya və icazə vermək, lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət etmək, lisenziya və icazə verən orqanın digər səlahiyyətlərini həyata keçirmək, Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı lisenziya və icazə verilməsinə rəy (razılıq) vermək, habelə normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada digər hüquqmüəyyənedici sənədlər vermək;

8.55. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş banklar istisna edilməklə, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada dövlətin adından iştirak etmək, onlardan rüblük hesabatlar almaq və fəaliyyətləri barədə təkliflər hazırlamaq;”;

5.3.6.53. aşağıdakı məzmunda 8.55-1-ci bənd əlavə edilsin:

“8.55-1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərindən illik maliyyə hesabatlarının, həmçinin həmin təşkilatların qəbul etdiyi ianələr haqqında məlumatların alınmasını təmin etmək;”;

5.3.6.54. 8.57-ci bənd ləğv edilsin;

5.3.6.55. 8.58-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.58. Nazirliyin fəaliyyət sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;”;

5.3.6.56. aşağıdakı məzmunda 8.58-1-ci və 8.58-2-ci bəndlər əlavə edilsin:

“8.58-1. Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək;

8.58-2. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirliyin fəaliyyət sahəsi üzrə korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərini və həmin risklərə uyğun olaraq hədəfləri müəyyən etmək, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görmək;”;

5.3.6.57. 8.59-cu bəndə “Azərbaycan” sözündən əvvəl “Nazirliyin fəaliyyət sahəsi üzrə” sözləri əlavə olunsun və həmin bənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

5.3.6.58. 8.60-cı bənddə “öz səlahiyyətləri daxilində” sözləri “Nazirliyin fəaliyyət sahəsi üzrə” sözləri ilə əvəz edilsin;

5.3.6.59. aşağıdakı məzmunda 8.60-1-ci bənd əlavə edilsin:

“8.60-1. Nazirlik sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi işini təşkil etmək;”;

5.3.6.60. 8.61-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.61. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;”;

5.3.6.61. aşağıdakı məzmunda 8.61-1-ci bənd əlavə edilsin:

“8.61-1. Nazirliyin informasiya sistemlərinin fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini təmin etmək, eləcə də onların bütün aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası və real vaxt rejimində məlumatlara çıxışı üçün tədbirlər görmək;”;

5.3.6.62. 8.62-ci bənddə “internet saytının” sözləri “rəsmi internet informasiya ehtiyatının” sözləri ilə, “qanunvericiliklə” sözü “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə, “saytda” sözü “internet informasiya ehtiyatında” sözləri ilə, “yeniləşdirilməsini” sözü “yenilənməsini” sözü ilə əvəz edilsin;

5.3.6.63. 8.63-cü bənd aşağıdakı redaksiyada verilsin:

“8.63. Nazirliyin Aparatının strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə, o cümlədən vəzifələrini yerinə yetirmək üçün ayrılan büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;”;

5.3.6.64. 8.64-cü bənd ləğv edilsin;

5.3.6.65. 8.66-cı bənddən “qanunvericiliyə uyğun olaraq” sözləri çıxarılsın;

5.3.6.66. aşağıdakı məzmunda 8.66-1-ci bənd əlavə edilsin:

“8.66-1. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək;”;

5.3.6.67. 8.68-ci bənddə “büdcə vəsaitləri” sözləri “dövlət büdcəsi vəsaitindən, fəaliyyət istiqamətləri üzrə əldə edilən büdcədənkənar vəsaitdən” sözləri ilə, “olunması üçün tədbirlər görmək və ona nəzarət” sözləri “olunmasını təmin” sözləri ilə əvəz edilsin;

5.3.6.68. aşağıdakı məzmunda 8.68-1 – 8.68-5-ci bəndlər əlavə edilsin:

“8.68-1. Nazirlikdə kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək, habelə Nazirliyin strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasına nəzarəti həyata keçirmək;

8.68-2. Nazirlikdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;

8.68-3. inzibati icraata dair fəaliyyətini “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedur qaydaları daxilində və prinsiplər əsasında həyata keçirmək;

8.68-4. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlik yanında İctimai Şura yaradılmasını təmin etmək;

8.68-5. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak etmək;”;

5.3.6.69. 8.69-cu bənd aşağıdakı redaksiyada verilsin:

“8.69. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.”;

5.3.7. 9-cu hissə üzrə:

5.3.7.1. 9.1-ci bənddə “mövcud qanunvericiliklə” sözləri “normativ hüquqi aktlarla” sözləri ilə əvəz olunsun, həmin bənddən “zərurət yarandıqda” sözləri çıxarılsın və həmin bəndə “bələdiyyələrdən” sözündən sonra “, məqsədli büdcə” sözləri əlavə edilsin;

5.3.7.2. aşağıdakı məzmunda 9.1-1-ci bənd əlavə edilsin:

“9.1-1. dövlət büdcəsinin gəlirlərini təmin edən dövlət orqanlarından və sorğu əsasında büdcə təşkilatlarından növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təklifləri və büdcə qaydasının hesablanması üçün tələb olunan məlumatları almaq;”;

5.3.7.3. 9.2-ci bənddə “yardımları” sözü “vəsaiti” sözü ilə əvəz olunsun və həmin bəndə “vəsaitlərdən” sözündən sonra “, dövlət adından yaradılan publik hüquqi şəxslərə münasibətdə isə həmçinin onların fəaliyyətindən əldə olunan vəsaitdən” sözləri əlavə edilsin;

5.3.7.4. aşağıdakı məzmunda 9.2-1-ci bənd əlavə edilsin:

“9.2-1. dövlət büdcəsi xərclərinin proqram təsnifatına daxil olan sektorlar üzrə strateji və büdcə planlarını (o cümlədən mövcud və davam edən tədbirlərə və yeni siyasət təşəbbüslərinə dair büdcə sifarişlərini), habelə bu planların icrasına dair monitorinq məlumatlarını və izahatları həmin sektorlarda fəaliyyəti olan təşkilatlardan, o cümlədən sektorlar üzrə aparıcı qurumlardan almaq;”;

5.3.7.5. 9.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“9.3. dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi halları aşkar olunduqda, kredit resursundan artıq xərcə yol verildikdə, əvvəl ayrılmış vəsaitin xərclənməsinə dair hesabatların vaxtında və düzgün təqdim edilmədiyi hallarda pozuntuya yol vermiş təşkilatların və onların tabe olduqları orqanların (qurumların) rəhbərlərini xəbərdar etməklə həmin təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsini (müdafiə olunan xərclər istisna olmaqla) məhdudlaşdırmaq və artıq ödənilmiş və ya təyinatı üzrə istifadə olunmamış vəsaiti normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə bərpa etdirmək və bu məqsədlə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat almaq;”;

5.3.7.6. 9.4-cü bənd ləğv edilsin;

5.3.7.7. 9.5-ci bənddə “mədaxil hissəsini” sözləri “və icmal büdcənin gəlirlərini” sözləri ilə əvəz edilsin;

5.3.7.8. aşağıdakı məzmunda 9.6-1-ci bənd əlavə edilsin:

“9.6-1. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən və dövlət adından yaradılan publik hüquqi şəxslərdən rüblük olaraq maliyyə fəaliyyətinə dair məlumatları, habelə illik və ortamüddətli dövr üzrə büdcə layihələrini və proqnoz göstəricilərini almaq;”;

5.3.7.9. 9.10-cu bənddən “aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət büdcəsi gəlirlərinin artırılması imkanlarının araşdırılması məqsədilə” sözləri, “və bu təhlil” sözləri çıxarılsın, həmin bənddə “müəssisələrin” sözü “və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin” sözləri ilə, “müəssisələrdən” sözü “hüquqi şəxslərdən” sözləri ilə əvəz olunsun və həmin bəndə “almaq” sözündən sonra “, habelə onların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək” sözləri əlavə edilsin;

5.3.7.10. 9.11-ci bənd ləğv edilsin;

5.3.7.11. 9.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.12. Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti vasitəsilə dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirildiyi nəzarət obyektlərində malların (iş və xidmətlərin) satın alınmasının qanuniliyinin dəqiqləşdirilməsi üçün vəsaitin ödənildiyi digər təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti obyektinin vəsaitinin xərclənməsi barədə sənədlərin qarşılıqlı yoxlanılmasını aparmaq;”;

5.3.7.12. 9.13-cü bənddə “nəzarət yoxlamalarının” sözləri “dövlət maliyyə nəzarəti tədbirlərinin” sözləri ilə əvəz edilsin;

5.3.7.13. 9.14-cü bəndə “maliyyə” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin və həmin bənddən “üçün hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarına təqdimatlar vermək” sözləri çıxarılsın;

5.3.7.14. 9.15-ci bənd ləğv edilsin;

5.3.7.15. 9.16-cı bənddə “örtülməsinə” sözü “bağlanmasına” sözü ilə əvəz edilsin;

5.3.7.16. 9.18-ci bənddə “maliyyə-kredit təşkilatları” sözləri “və regional maliyyə institutları (maliyyə-kredit təşkilatları)” sözləri ilə əvəz edilsin;

5.3.7.17. 9.20-ci və 9.21-ci bəndlər ləğv edilsin;

5.3.7.18. 9.23-cü bənd aşağıdakı redaksiyada verilsin:

“9.23. səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;”;

5.3.7.19. aşağıdakı məzmunda 9.23-1-ci bənd əlavə edilsin:

“9.23-1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;”;

5.3.7.20. 9.24-cü bənddə “maliyyə siyasətinin həyata keçirilməsi zamanı” sözləri “Nazirliyin fəaliyyət sahəsi üzrə” sözləri ilə əvəz edilsin;

5.3.7.21. aşağıdakı məzmunda 9.24-1-ci bənd əlavə edilsin:

“9.24-1. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;”;

5.3.7.22. 9.25-ci bənddə “müvafiq sahə üzrə dövlət” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına)” sözləri ilə əvəz edilsin;

5.3.7.23. 9.26 – 9.28-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“9.26. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

9.27. Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

9.28. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;”;

5.3.7.24. aşağıdakı məzmunda 9.28-1-ci bənd əlavə edilsin:

“9.28-1. normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada tabeliyində müvafiq qurumlar və ya strukturu daxilində bölmələr (idarə, şöbə) yaratmaq, yenidən təşkil və ləğv etmək, həmçinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək;”;

5.3.7.25. 9.29-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9.29. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;”;

5.3.7.26. aşağıdakı məzmunda 9.31-1-ci bənd əlavə edilsin:

“9.31-1. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;”;

5.3.7.27. 9.32-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.32. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”;

5.3.8. 12-ci hissə ləğv edilsin;

5.3.9. 13-cü hissədə “tərkibi” sözü “həddi” sözü ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Nazirliyin strukturunu Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.”;

5.3.10. 14-cü hissə aşağıdakı redaksiyada verilsin:

“14. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.”;

5.3.11. 15-ci hissədə “üç” sözü “dörd” sözü ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Nazirin birinci müavini və müavinləri onlara nazirin həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

5.3.12. 16-cı və 17-ci hissələr ləğv edilsin;

5.3.13. 18-ci hissə üzrə:

5.3.13.1. birinci abzas, 18.2-ci və 18.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“18. Nazir:”;

“18.2. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu (bu Əsasnamənin 18.12-ci bəndi nəzərə alınmaqla), ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;

18.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və Elmi-Texniki Şurasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (və ya əsasnamələrini) təsdiq edir;”;

5.3.13.2. aşağıdakı məzmunda 18.3-1-ci və 18.3-2-ci bəndlər əlavə edilsin:

“18.3-1. bu Əsasnamənin 21-1-ci hissəsində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

18.3-2. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq üçün təqdim edir;”;

5.3.13.3. 18.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“18.4. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;”;

5.3.13.4. 18.5-ci bənd ləğv edilsin;

5.3.13.5. 18.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“18.7. Nazirliyin Aparatının işçilərini, yerli (regional) orqanlarının inzibati vəzifə tutan dövlət qulluqçularını, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla) rəhbərlərini və onların müavinlərini, struktur bölmələrinin və regional orqanlarının rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;

5.3.13.6. aşağıdakı məzmunda 18.7-1-ci və 18.7-2-ci bəndlər əlavə edilsin:

“18.7-1. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların bu Əsasnamənin 18.7-ci bəndində nəzərdə tutulmayan digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir;

18.7-2. Nazirliyin Aparatının işçilərinə və onun strukturuna daxil olan qurumların bu Əsasnamənin 18.7-ci bəndində nəzərdə tutulan işçilərinə müvafiq ixtisas dərəcələri verir, həmçinin xüsusi fərqlənmiş işçilərə, o cümlədən Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət təltifləri ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;”;

5.3.13.7. 18.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“18.8. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul olunmuş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;

5.3.13.8. 18.9-cu bənddə “qanunvericiliyə” sözü “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.3.13.9. 18.10-cu bənddə “hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatları ilə” sözləri “orqanları (qurumları) ilə, hüquqi və fiziki şəxslərlə, habelə beynəlxalq təşkilatlarla” sözləri ilə, “danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq müqavilələri, sazişləri və protokolları” sözləri “fəaliyyət istiqamətlətinə uyğun olaraq danışıqlar aparır və müvafiq beynəlxalq sənədləri” sözləri ilə əvəz edilsin;

5.3.13.10. 18.11-ci bənddə “tərkibi” sözü “həddi” sözü ilə əvəz edilsin;

5.3.13.11. 18.12 – 18.16-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“18.12. dövlət büdcəsindən ayrılmış vəsait və işçilərin müəyyən olunmuş say həddi daxilində Nazirliyin Aparatının struktur bölmələrini, yerli (regional) bölmələrini və Nazirliyin strukturuna daxil olan qurumların struktur bölmələrini (müvafiq strukturların Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi hallar istisna olmaqla) yaradır və ləğv edir;

18.13. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini, həmçinin bu məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi üçün bir və ya bir neçə səlahiyyətli struktur bölməsini (şəxsi) müəyyən edir;

18.14. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki qurumların göstərdiyi xidmətlərdən (gördüyü işlərdən) əldə olunan gəlirlərin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin verilməsini təmin edir;

18.15. Nazirliyin Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

18.16. normativ hüquqi aktlara uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.”;

5.3.14. aşağıdakı məzmunda 18-1-ci və 18-2-ci hissələr əlavə edilsin:

“18-1. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

18-2. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.”;

5.3.15. 21-ci hissədən “onlar haqqında” sözləri çıxarılsın;

5.3.16. aşağıdakı məzmunda 21-1-ci hissə əlavə edilsin:

“21-1. Nazirliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

21-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

21-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;

21-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

21-1.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

21-1.5. bu Əsasnamənin 21-1.1—21-1.4-cü bəndlərinə uyğun olaraq Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.”;

5.3.17. 23-cü hissə ləğv edilsin;

5.3.18. 25-ci və 27-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“25. Nazirliyin kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.”;

“27. Nazirliyin fəaliyyət sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər.”;

5.3.19. aşağıdakı məzmunda 28-ci hissə əlavə edilsin:

“28. Nazirlikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.”;

5.4. həmin Fərmanla təsdiq edilmiş Əlavə III – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə” üzrə:

5.4.1. adında “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin;

5.4.2. 1-ci və 2-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (bundan sonra – Agentlik) dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə təşkilatlarının satın aldığı mal, iş və xidmətlərə görə yaranan kreditor borclarını ödəyən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.”;

5.4.3. 3-cü hissə ləğv edilsin;

5.4.4. 4-cü hissədə “bilavasitə və öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti və” sözləri “digər dövlət orqanları (qurumları),” sözləri ilə, “habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə” sözləri “, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;

5.4.5. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.”;

5.4.6. 6-cı hissəyə “fəaliyyəti” sözündən sonra “, habelə maddi-texniki təminatı” sözləri əlavə olunsun və həmin hissədə “və qanunvericiliklə” sözləri “, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda” sözləri ilə əvəz edilsin;

5.4.7. 8-ci hissə üzrə:

5.4.7.1. 8.1-ci bənddən “qəbul etdiyi” sözləri çıxarılsın;

5.4.7.2. aşağıdakı məzmunda 8.3-1-ci bənd əlavə edilsin:

“8.3-1. dövlət xəzinədarlığındakı xəzinə hesabları üzrə xəzinə əməliyyatlarını həyata keçirir;”;

5.4.7.3. 8.4-cü bənddə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikası Prezidentinin aktları ilə” sözləri ilə əvəz edilsin;

5.4.8. 9-cu hissə üzrə:

5.4.8.1. 9.3-cü bəndə “daxilolmalar” sözündən sonra “və ödəmələr” sözləri əlavə olunsun və həmin bənddə “dövlət təminatı ilə alınmış kreditlər üzrə maliyyə əməliyyatlarını” sözləri “dövlət borcalmaları üzrə əməliyyatları (Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla)” sözləri ilə, “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

5.4.8.2. aşağıdakı məzmunda 9.3-1-ci və 9.3-2-ci bəndlər əlavə edilsin:

“9.3-1. dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitdən istifadənin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsini təmin etmək;

9.3-2. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların bank hesablarına çıxış imkanı əldə etmək;”;

5.4.8.3. 9.5-ci bənddə “mərkəzləşdirilmiş xərclər üzrə nəzərdə tutulmuş resurslardan” sözləri “maliyyə resurslarından” sözləri ilə əvəz edilsin;

5.4.8.4. 9.6-cı bənddən birinci halda “büdcə” sözü çıxarılsın;

5.4.8.5. 9.8-ci bənddə “maliyyələşən təşkilatların sifarişi və məxaric cədvəllərinə” sözləri “maliyyə vəsaiti alan təşkilatların sifarişinə” sözləri ilə əvəz edilsin;

5.4.8.6. 9.9-cu bənddə “örtülməsi” sözü “bağlanması” sözü ilə əvəz edilsin;

5.4.8.7. 9.10-cu bənddə “dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və” sözləri “dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər” sözləri ilə əvəz edilsin;

5.4.8.8. 9.13-cü bənddə “rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında” sözləri “Agentliyin strukturuna daxil olan qurumlarda” sözləri ilə, “mövcud qanunvericiliyə” sözləri “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin və həmin bənddən “mövcud kredit resursu və” sözləri çıxarılsın;

5.4.8.9. 9.16-cı bənddə “rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları” sözləri “Agentliyin strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin;

5.4.8.10. 9.17-ci bənddən “qanunvericiliyə uyğun olaraq” sözləri çıxarılsın;

5.4.8.11. aşağıdakı məzmunda 9.17-1 – 9.17-4-cü bəndlər əlavə edilsin:

“9.17-1. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;

9.17-2. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daimi yenilənməsini təmin etmək;

9.17-3. Agentliyin fəaliyyət sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

9.17-4. Agentliyin fəaliyyət sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;”;

5.4.8.12. 9.18-ci bənd ləğv edilsin;

5.4.8.13. aşağıdakı məzmunda 9.18-1-ci bənd əlavə edilsin:

“9.18-1. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;”;

5.4.8.14. 9.19-cu bəndə “tərəfindən” sözündən sonra “satın” sözü əlavə edilsin və həmin bənddən “xəzinə hesab kitablarında” sözləri çıxarılsın;

5.4.8.15. 9.20-ci bənddə “normativ tənzimləmənin” sözləri “normayaratma fəaliyyətinin” sözləri ilə, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;

5.4.8.16. aşağıdakı məzmunda 9.20-1-ci və 9.20-2-ci bəndlər əlavə edilsin:

“9.20-1. Agentlikdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;

9.20-2. Agentlikdə kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək;”;

5.4.8.17. 9.21-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.21. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.”;

5.4.9. 10-cu hissə üzrə:

5.4.9.1. birinci abzasa “Agentlik” sözündən əvvəl “Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün” sözləri əlavə olunsun və həmin abzasdan “öz vəzifələrini yerinə yetirmək üçün” sözləri çıxarılsın;

5.4.9.2. 10.1-ci bənddə “mərkəzləşdirilmiş xərclərin” sözləri “dövlət büdcəsinin” sözləri ilə əvəz olunsun və həmin bəndə “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;

5.4.9.3. 10.2-ci bənddə “nazirlik, komitə, şirkət, baş idarə və idarələrdən” sözləri “təşkilatlardan” sözü ilə əvəz edilsin;

5.4.9.4. 10.3-cü bənddən “rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının” sözləri çıxarılsın və həmin bənddə “Agent-Banklarda” sözləri “müvəkkil banklarda” sözləri ilə əvəz edilsin;

5.4.9.5. 10.4-cü bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;

5.4.9.6. 10.5-ci bənddə “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla” sözləri ilə, “məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda aparılan təftiş və yoxlamalarda” sözləri “dövlət orqanlarında (qurumlarında), büdcədənkənar dövlət fondlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə aparılan maliyyə nəzarəti tədbirlərində” sözləri ilə əvəz edilsin;

5.4.9.7. 10.6-cı bənddə “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin;

5.4.9.8. 10.7-ci bənddə “maliyyə yardımları alan digər” sözləri “dotasiya, subsidiya, subvensiya və digər maliyyə vəsaiti alan” sözləri ilə əvəz olunsun və həmin bəndə “vəsaitlərdən” sözündən sonra “, dövlət adından yaradılan publik hüquqi şəxslərə münasibətdə isə – həmçinin onların fəaliyyətindən əldə olunan vəsaitdən” sözləri əlavə edilsin;

5.4.9.9. aşağıdakı məzmunda 10.7-1-ci bənd əlavə edilsin:

“10.7-1. fəaliyyət sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;”;

5.4.9.10. 10.8-ci bənddə “fəaliyyət göstərdiyi sahə üzrə dövlət” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına)” sözləri ilə əvəz edilsin;

5.4.9.11. 10.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“10.9. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;”;

5.4.9.12. aşağıdakı məzmunda 10.9-1-ci bənd əlavə edilsin:

“10.9-1. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;”;

5.4.9.13. 10.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“10.10. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;”;

5.4.9.14. aşağıdakı məzmunda 10.10-1 – 10.10-4-cü bəndlər əlavə edilsin:

“10.10-1. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

10.10-2. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

10.10-3. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

10.10-4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;”;

5.4.9.15. 10.11-ci bənddə "fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş” sözləri “Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

5.4.10. 11-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Agentliyin direktoru Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.”;

5.4.11. 12-ci hissə ləğv edilsin;

5.4.12. 13-cü hissədə “iki” sözü “dörd” sözü ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Agentlik direktorunun müavinləri onlara Agentlik direktorunun həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

5.4.13. 14-cü hissə üzrə:

5.4.13.1. aşağıdakı məzmunda 14.1-1-ci bənd əlavə edilsin:

“14.1-1. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;”;

5.4.13.2. 14.2-ci bənddə “regional (zona) xəzinədarlıq orqanlarının” sözləri “onun strukturuna daxil olan qurumların” sözləri ilə, “və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə” sözləri “, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində xərclər smetasını təsdiq edilmək üçün Nazirliyə” sözləri ilə əvəz edilsin və həmin bəndə “edir” sözündən sonra “, habelə Agentliyin struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq edir” sözləri əlavə edilsin;

5.4.13.3. 14.3-cü bəndə birinci halda “rəhbərləri” sözündən sonra “, onların müavinləri” sözləri, “olmaqla,” sözündən sonra “Nazirliyin razılığı ilə” sözləri əlavə olunsun və həmin bənddə “regional (zona) orqanlarının” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

5.4.13.4. 14.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“14.4. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin verilməsini təmin edir;

5.4.13.5. 14.5-ci bənd ləğv edilsin;

5.4.13.6. aşağıdakı məzmunda 14.5-1-ci bənd əlavə edilsin:

“14.5-1. Agentliyin vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;”;

5.4.13.7. 14.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“14.6. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;”;

5.4.13.8. aşağıdakı məzmunda 14.6-1 – 14.6-5-ci bəndlər əlavə edilsin:

“14.6-1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür;

14.6-2. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

14.6-3. Nazirliyin iş planında və qərarlarında, Azərbaycan Respublikası maliyyə nazirinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

14.6-4. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

14.6-5. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi, habelə həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.”;

5.4.13.9. 14.7-ci bənddə “bütün dövlət orqanları” sözləri “dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin və həmin bənddən “vəkalətnaməsiz” sözü çıxarılsın;

5.4.13.10. 14.8-ci bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;

5.4.13.11. 14.9-cu bənddə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.4.14. aşağıdakı məzmunda 15-ci və 16-cı hissələr əlavə edilsin:

“15. Agentliyin direktoru öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

16. Agentliyin strukturuna daxil olan qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.”;

5.5. həmin Fərmanla təsdiq edilmiş Əlavə V – “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə” üzrə:

5.5.1. 1 – 4-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (bundan sonra – Xidmət) dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitinin, dövlət zəmanəti ilə alınan və dövlət büdcəsinin vəsaiti hesabına verilən kreditlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitinin, habelə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitinin (bundan sonra – dövlət vəsaiti) əldə edilməsi və təyinatı üzrə məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.”;

5.5.2. 5-ci hissəyə “xərcləri” sözündən sonra “və fəaliyyəti, habelə maddi-texniki təminatı” sözləri əlavə olunsun və həmin hissədə “qanunvericiliklə” sözü “normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda” sözləri ilə əvəz edilsin;

5.5.3. 7-ci, 8-ci və 9-cu hissələr aşağıdakı redaksiyada verilsin:

“7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlət vəsaitinin əldə edilməsi və təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarəti tədbirlərini (bundan sonra – nəzarət tədbirləri) həyata keçirmək;

7.2. dövlət orqanlarında (qurumlarında), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə daxili nəzarəti həyata keçirən daxili audit qurumlarının fəaliyyətinin vahid metodoloji baza əsasında uyğunlaşdırılmasını təmin etmək;

7.3. Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətinin həyata keçirilməsi işinə metodiki rəhbərlik etmək, bu sahənin inkişafı üçün mütəmadi olaraq tədbirlər görmək və normayaratma fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;

7.4. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.”;

“8. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

8.1. dövlət vəsaitinin əldə edilməsi və təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirlərini yerinə yetirmək;

8.2. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin gəlir və xərclərinin, əmlak və öhdəliklərinin idarə edilməsinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun, qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə nəzarət tədbirlərini yerinə yetirmək;

8.3. dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələri və digər infrastruktur layihələr üzrə işlərin icrasına nəzarət etmək;

8.4. məhkəmə, prokurorluq və istintaq orqanlarının qərarlarına əsasən dövlət orqanlarında (qurumlarında), büdcədənkənar dövlət fondlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə nəzarət tədbirlərini həyata keçirmək;

8.5. həyata keçirilən nəzarət tədbirləri nəticəsində cinayət əlamətləri aşkar etdikdə, Nazirlik tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün nəzarət tədbirinin materiallarını Nazirliyə təqdim etmək;

8.6. təşkilatlarda mühasibat uçotunun aparılması işləri mövcud normativ hüquqi aktların tələblərinə cavab vermədikdə mühasibat uçotunun aparılması işlərinin bərpa edilməsini və sonradan nəzarət tədbirinin həyata keçirilməsi üçün bu barədə məlumatların verilməsini həmin təşkilatdan tələb etmək;

8.7. nəzarət tədbirləri nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə, habelə pozuntulara yol verilməsində təqsiri olan vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün nəzarət tədbirlərinin həyata keçirildiyi təşkilatlara və ya onların tabe olduğu orqanlara (qurumlara) təqdimatlar vermək;

8.8. nəzarət tədbirlərinin nəticələri üzrə aşkar olunan pozuntuların aradan qaldırılmasına və bununla əlaqədar verilmiş tövsiyələrin və təqdimatların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

8.9. nəzarət tədbirləri zamanı dövlət vəsaitindən istifadə ilə bağlı aşkar olunan artıq və əsassız ödənişlərin izlənilməsi məqsədilə onların uçotunu aparmaq, həmin vəsaitin ilkin mənbəyinə bərpa olunmasına nəzarət etmək;

8.10. nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntularını mütəmadi olaraq təhlil etmək və onların aradan qaldırılması barədə təkliflər vermək;

8.11. həyata keçirilən nəzarət tədbirləri nəticəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək;

8.12. aparılmış nəzarət tədbirlərinə və nəticələrinə dair məlumatları ildə iki dəfədən az olmayaraq ictimaiyyətə təqdim etmək;

8.13. dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə müvafiq il üçün iş planı hazırlamaq və Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

8.14. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.15. dövlət maliyyə nəzarəti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və müvafiq normayaratma fəaliyyətinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər təqdim etmək;

8.16. dövlət orqanlarında (qurumlarında), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə daxili audit qurumlarının fəaliyyətinin əlaqələndirilməsini və beynəlxalq daxili audit standartlarına uyğun vahid metodoloji bazasını təmin etmək, daxili audit qurumlarından fəaliyyəti barədə illik hesabatlar almaq;

8.17. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzarət orqanının funksiyalarının həyata keçirilməsində iştirak etmək;

8.18. öz fəaliyyətini Nazirliyin digər struktur bölmələri ilə əlaqələndirmək;

8.19. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.20. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;

8.21. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

8.22. Xidmətin fəaliyyət sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

8.23. Xidmətin fəaliyyət sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.24. Xidmətdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;

8.25. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Xidmətin fəaliyyətində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

8.26. Xidmətdə kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək;

8.27. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.”;

“9. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün Xidmət aşağıdakı hüquqlara malikdir:

9.1. nəzarət tədbiri həyata keçirilən təşkilatlardan və həmin təşkilatlarla maliyyə-təsərrüfat əlaqəsində olan müəssisələrdən nəzarət tədbirinin aparılması üçün zəruri olan sənədləri, məlumatları, hesabatları, arayışları və izahatları almaq, habelə həmin təşkilatların və digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə maneəsiz çıxış əldə etmək;

9.2. dövlət maliyyə nəzarəti sahəsində beynəlxalq təcrübənin və beynəlxalq səviyyədə qəbul edilmiş audit standartlarının tətbiqi üçün Nazirliyə təkliflər vermək;

9.3. fəaliyyət sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

9.4. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

9.5. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

9.6. plandankənar nəzarət tədbirlərini həyata keçirmək;

9.7. nəzarət tədbirləri zamanı dövlət vəsaitindən istifadə ilə bağlı aşkar olunan artıq və əsassız ödənişlərin ilkin mənbəyinə bərpa olunması barədə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar almaq;

9.8. nəzarət tədbirləri aparılan təşkilatlardan inventarizasiyasının aparılmasını tələb etmək, zərurət yarandıqda bilavasitə inventarizasiyanı həyata keçirmək;

9.9. nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı zərurət yarandığı hallarda sınaqların, ekspertizaların, analizlərin və müvafiq qiymətləndirmələrin, habelə elmi tədqiqatların aparılması üçün aidiyyəti təşkilatlara sifarişlər vermək;

9.10. nəzarət tədbirlərinə qarşılıqlı razılıq əsasında dövlət orqanlarının (qurumlarının) nümayəndələrini cəlb etmək;

9.11. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

9.12. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;

9.13. sənədlərin saxtalaşdırılması, təhrif edilməsi və başqa yollarla mənimsəmə halları aşkar edilərsə, müvafiq qaydada rəsmiləşdirilməklə həmin sənədləri nəzarət obyektindən götürmək;

9.14. nəzarət obyektləri üzrə risklərin qiymətləndirilməsi nəticəsində həyata keçiriləcək nəzarət tədbirlərinin metodunu və mövzusunu müəyyən etmək;

9.15. nəzarət tədbiri həyata keçirilən təşkilatlardan bunun üçün lazımı şərait yaradılmasını, habelə müvafiq otaqla, texniki avadanlıqla və ləvazimatla, digər zəruri vasitələrlə təmin olunmasını tələb etmək;

9.16. nəzarət tədbirlərinin həyata keçirildiyi nəzarət obyektlərində malların (iş və xidmətlərin) satın alınmasının qanuniliyinin dəqiqləşdirilməsi üçün vəsaitin ödənildiyi digər təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti obyektinin vəsaitinin xərclənməsi barədə sənədlərin qarşılıqlı yoxlanılmasını aparmaq;

9.17. məhkəmə, prokurorluq və istintaq orqanlarına göndərilən yoxlama materialları üzrə qəbul edilmiş qərarlardan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada yuxarı orqanlara şikayət etmək;

9.18. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına) və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.19. nəzarət tədbirlərinin planlaşdırılması, aparılması və hesabatlılığı ilə əlaqədar informasiya texnologiyalarının tətbiqi imkanlarını mütəmadi olaraq araşdırmaq və tətbiq etmək;

9.20. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

9.21. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.22. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;

9.23. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.”;

5.5.4. 10-cu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.”;

5.5.5. 11-ci hissə ləğv edilsin;

5.5.6. 12-ci hissədə “iki” sözü “dörd” sözü ilə əvəz olunsun və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xidmət rəisinin müavinləri onlara Xidmət rəisinin həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

5.5.7. 13-cü hissə üzrə:

5.5.7.1. aşağıdakı məzmunda 13.1-1-ci bənd əlavə edilsin:

“13.1-1. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;”;

5.5.7.2. 13.2-ci bənddə “regional orqanlarının” sözləri “onun strukturuna daxil olan qurumların” sözləri ilə, “və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə” sözləri “, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində xərclər smetasını təsdiq edilmək üçün Nazirliyə” sözləri ilə əvəz olunsun və həmin bəndə “edir” sözündən sonra “, habelə Xidmətin struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq edir” sözləri əlavə edilsin;

5.5.7.3. 13.3-cü bəndə birinci halda “rəhbərləri” sözündən sonra “, onların müavinləri” sözləri, “olmaqla,” sözündən sonra “Nazirliyin razılığı ilə” sözləri əlavə olunsun və həmin bənddə “regional orqanlarının” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

5.5.7.4. 13.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“13.4. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Xidmətin işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin verilməsini təmin edir;”;

5.5.7.5. 13.5-ci bənddə “regional orqanlarının” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

5.5.7.6. 13.6-cı bənd ləğv edilsin;

5.5.7.7. 13.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“13.7. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;”;

5.5.7.8. aşağıdakı məzmunda 13.7-1 – 13.7-5-ci bəndlər əlavə edilsin:

“13.7-1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür;

13.7-2. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

13.7-3. Nazirliyin iş planında və qərarlarında, Azərbaycan Respublikası maliyyə nazirinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

13.7-4. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

13.7-5. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi, habelə həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şuranın yaradılması barədə Nazirliyə təkliflər verir;”;

5.5.7.9. 13.8-ci bənddə “bütün dövlət orqanları” sözləri “dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin və həmin bənddən “vəkalətnaməsiz” sözü çıxarılsın;

5.5.7.10. 13.9-cu bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;

5.5.7.11. aşağıdakı məzmunda 13.9-1-ci bənd əlavə edilsin:

“13.9-1. Xidmətin vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;”;

5.5.7.12. 13.10-cu bənddə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

5.5.8. aşağıdakı məzmunda 14-cü və 15-ci hissələr əlavə edilsin:

“14. Xidmətin rəisi öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

15. Xidmətin strukturuna daxil olan qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.”.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1587 (Cild I); 2025, № 8, maddə 751) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci hissə üzrə:

6.1.1. 1.2-ci bənddə “Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni” sözləri “bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını” sözləri ilə əvəz edilsin;

6.1.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.”;

6.1.3. 1.4-cü bəndə “təsviri” sözündən sonra “, Nazirliyin” sözü, “möhürü,” sözündən sonra “kargüzarlıq xidmətinin gerbsiz möhürü,” sözləri əlavə edilsin;

6.1.4. 1.5-ci bəndə “fəaliyyəti” sözündən sonra “, habelə maddi-texniki təminatı” sözləri əlavə olunsun və həmin bənddə “və qanunla nəzərdə tutulmuş” sözləri “, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

6.2. 2.0.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.0.7-ci yarımbənd əlavə edilsin:

“2.0.7. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.”;

6.3. 3-cü hissə üzrə:

6.3.1. 3.0.32-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.32. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;”;

6.3.2. 3.0.33-cü yarımbənddən “strukturunun və” sözləri çıxarılsın və “ilə bağlı” sözləri “istiqamətində” sözü ilə əvəz edilsin;

6.3.3. 3.0.34-cü yarımbəndə “fəaliyyəti” sözündən əvvəl “öz” sözü əlavə olunsun və həmin yarımbənddə “internet saytının yaradılmasını,” sözləri “rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və” sözləri ilə əvəz edilsin;

6.3.4. aşağıdakı məzmunda 3.0.34-1-ci yarımbənd əlavə edilsin:

“3.0.34-1. Agentliyin fəaliyyət sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;”;

6.3.5. 3.0.35-ci yarımbənddə “reallaşdırılmasında” sözü “həyata keçirilməsində” sözləri ilə əvəz edilsin;

6.3.6. 3.0.37-ci yarımbəndə "fəaliyyəti” sözündən əvvəl “Agentliyin” sözü əlavə edilsin;

6.3.7. 3.0.38-ci yarımbəndə “kargüzarlıq” sözündən sonra “, rəqəmsal sənəd dövriyyəsi” sözləri əlavə edilsin;

6.3.8. aşağıdakı məzmunda 3.0.38-1-ci yarımbənd əlavə edilsin:

“3.0.38-1. Agentlikdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;”;

6.4. 4-cü hissə üzrə:

6.4.1. 4.0.8-ci, 4.0.10-cu, 4.0.12-ci və 4.0.13-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.0.8. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək”;

“4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;”;

“4.0.12. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına) və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.13. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;”;

6.4.2. 4.0.14-cü bənd ləğv edilsin;

6.4.3. 4.0.16-cı və 4.0.18-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.0.16. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;”;

“4.0.18. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;”;

6.4.4. aşağıdakı məzmunda 4.0.18-1-ci və 4.0.19-1-ci yarımbəndlər əlavə edilsin:

“4.0.18-1. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;”;

“4.0.19-1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;”;

6.5. 5-ci hissə üzrə:

6.5.1. 5.1-ci bənddə “Maliyyə nazirinin vəzifəyə təyin etdiyi və vəzifədən azad etdiyi” sözləri “maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Agentliyin direktoru Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.”;

6.5.2. 5.2-ci bənd ləğv edilsin;

6.5.3. 5.3-cü bənddə “Maliyyə nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi iki” sözləri “maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Agentlik direktorunun müavinləri onlara Agentlik direktorunun həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

6.5.4. 5.4-cü bənd ləğv edilsin;

6.5.5. 5.5-ci bənd üzrə:

6.5.5.1. 5.5.3-cü yarımbənddə “cədvəlini və” sözləri “cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində” sözləri ilə, “təsdiq olunmaq üçün Nazirliyə təqdim” sözləri “Nazirliklə razılaşdırmaqla təsdiq” sözləri ilə əvəz olunsun, həmin yarımbəndə “habelə” sözündən sonra “Agentliyin” sözü əlavə edilsin;

6.5.5.2. 5.5.4-cü yarımbənddən “onların,” sözü çıxarılsın və həmin yarımbəndə “şəxslərinin” sözündən sonra “səlahiyyətlərini müəyyənləşdirir və” sözləri əlavə edilsin;

6.5.5.3. 5.5.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.5. Agentlik direktorunun müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri, onların müavinləri istisna olmaqla, Nazirliyin razılığı ilə Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;”;

6.5.5.4. aşağıdakı məzmunda 5.5.5-1-ci yarımbənd əlavə edilsin:

“5.5.5-1. işçilərin peşə hazırlığının, o cümlədən əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirlər görür;”;

6.5.5.5. 5.5.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.6. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;”;

6.5.5.6. aşağıdakı məzmunda 5.5.11-1-ci yarımbənd əlavə edilsin:

“5.5.11-1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür;”;

6.5.5.7. 5.5.12-ci yarımbənddə “vəsait” sözü “ayrılmış vəsaitin” sözləri ilə, “və mükafatların” sözləri “, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin” sözləri ilə əvəz edilsin;

6.5.5.8. 5.5.13-cü yarımbənddə “elmi-texniki şuranın” sözləri “Elmi-Texniki Şuranın” sözləri ilə, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.5.14-cü və 5.5.15-ci yarımbəndlər əlavə edilsin:

“5.5.14. Agentliyin vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;

5.5.15. normativ hüquqi aktlara uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.”;

6.5.6. aşağıdakı məzmunda 5.6-cı bənd əlavə edilsin:

“5.6. Agentliyin direktoru öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr