AZ

Avropa liderləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əsas Avropa ölkələrinin liderləri 30 dekabr Bakı vaxtı ilə saat 13:00-da Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka məlumat yayıb.

O qeyd edib ki, ölkəsinin Baş naziri Donald Tusk da onların arasında olacaq.

TVN24-ün məlumatına görə, Tuskdan əlavə, görüşdə Almaniya kansleri Fridrix Merz, Danimarkanın Baş naziri Mette Frederiksen, Finlandiya Prezidenti Aleksandr Stubb, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcio Meloni, Hollandiyanın Baş naziri Dik Şof, Norveç Baş naziri Yonas Qar Störe, İsveçin Baş naziri Ulf Kristersson və Böyük Britaniyanın Baş naziri Keir Starmer, eləcə də Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Antonio Kosta və Ursula fon der Leyen iştirak edəcəklər. 

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
bakivaxti.az

2Mənbələr