Ukraynada sülh bir neçə həftə ərzində əldə oluna bilər.
APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Üfüqdə sülh görünür. Şübhə yoxdur ki, bu müharibənin olduqca bitəcəyini düşünməyə əsas verən hadisələr baş verib” , - Tusk bildirib.
O, sülhün növbəti aylarda yox, yaxın həftələrdə əldə olunacağını iddia edib.
Donald Tusk ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri verməsinin münaqişənin tezliklə bitəcəyinə ümid oyatdığını, lakin Ukraynanın ərazi məsələlərində güzəştə getməli olduğunu vurğulayb.