AZ

Nazirlik peşə məktəbi ilə bağlı illik hesabatı təqdim edib

2025-ci ildə Azərbaycanda 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə qəbul aparılıb. Bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir. 

Müsabiqəyə 32 620 plan yeri çıxarılıb ki, bunun 23 280-i dövlət sifarişli, 8 340-ı ödənişli olub. Müraciət edən 46 789 nəfərdən 27 021-i peşə təhsili müəssisələrinə qəbul edilib.

Qəbul olunanların 84%-i dövlət sifarişi, 16%-i ödənişli əsaslarla oxuyur. Tələbələrin 39%-ni (10 489 nəfər) qadınlar təşkil edir. Müraciət edənlərin orta yaş həddi 21, minimum yaş 13, maksimum yaş isə 78-dir.

Qəbul edilənlər arasında 65 ali təhsilli, 298 orta ixtisas təhsilli şəxs və 84 xarici vətəndaş var. Peşə təhsilinə müraciət edən 1 254 nəfər isə cəzaçəkmə müəssisələrindədir.

2026-cı il üçün peşə təhsilinə qəbulun 28 140 nəfərə, yüksək texniki peşə təhsili ilə əhatə olunanların isə 10 000 nəfərə çatdırılması planlaşdırılır.

Prezidentin sərəncamına əsasən, 2026–2030-cu illərdə 21 yeni peşə təhsili müəssisəsinin tikintisi və 2 müəssisənin əsaslı təmiri nəzərdə tutulur.

2025-ci ildə yüksək texniki peşə təhsili üzrə 2 590 nəfər qəbul olunub. 2022–2025-ci illərdə bu göstərici 7 117 nəfər təşkil edib.

2025–2026-cı tədris ilində dual peşə təhsili proqramına 1 704 nəfər qəbul edilib, onlardan 658-i qadındır.

Müəllimlərin işə qəbulu müsabiqəsində 4 751 namizəd qeydiyyatdan keçib və nəticədə 274 müəllim işə qəbul olunub. Direktor və direktor müavinləri üzrə isə 21 nəfər seçilib.

Gülnar Nazimqızı 

Seçilən
141
1
anews.az

2Mənbələr