AZ

WSJ: “Amerika Çinin fəallığından narahatdır”

AzVision.az xəbər verir ki, ABŞ hakimiyyətinə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, noyabr ayında Amerikanın Daxili Təhlükəsizlik nazirliyi Çinin tədqiqat və hərbi gəmiləri Alyaskanın Arktika sularında “görünməmiş fəallıqla” işlədiyini qeydə alıb.

ABŞ Hərbi Hava qüvvələrinin generalı Aleksus Qrinkeviç çinlilərin getdikcə aqressivləşdiyini bildirib.

“Çinin əsas məqsədi Amerikanın dənizaltı hökmranlığına son qoymaqdır. Rusiya isə, lazımi texnologiyaları ilə Çinə bu işdə kömək edə bilər”, - ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Samuel Paparo, öz növbəsində, vurğulayıb.

ABŞ və onun müttəfiqləri Pekinin yaxın illərdə Şimal qütbünə silahlı sualtı qayıqlar yerləşdirə biləcəyini gözləyirlər. “WSJ” qeyd edir ki, Çin artıq Arktikada yerüstü döyüş gəmilərinə malikdir və buzqıran donanmasını fəal şəkildə genişləndirir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
86
1
azvision.az

2Mənbələr