Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Amerikan futbolunu izləyib.
Publika.az xəbər verir ki, italiyalı və həyat yoldaşı Mariann “San Fransisko”nun “Çikaqo”ya qarşı ev oyununu (42-38) izləyiblər. Hər ikisi “San Fransisko” papağı geyinib.
Karlo sosial mediada stadiondan şəkillər paylaşaraq yazıb: “Fərqli bir futbol meydançasında olmaq çox xoş idi. Fantastik idmançılar, inanılmaz stadion, möhtəşəm oyun”.