AZ

Qadın 25-ci mərtəbədən yıxılaraq sağ qalıb

Ajans.az The Thaiger nəşrinə istinadən xəbər verir , hadisə dekabrın 28-də Pattaya şəhərində baş verib. Qonşular səhər tezdən xilasedicilərə zəng edərək bir qadının böyük hündürlükdən yıxıldığını bildiriblər. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları 26 yaşlı qadını üzgüçülük hovuzunun yaxınlığında aşkar ediblər. Ağır xəsarətlər almasına baxmayaraq, qadın sağ olub və dərhal xəstəxanaya yerləşdirilib. Qonşuların polisə verdiyi məlumata görə, zərərçəkənin adı Alvaradodur. O, 25-ci mərtəbədə kimliyi açıqlanmayan xarici vətəndaş olan əri ilə birlikdə yaşayırmış. Yıxılmadan əvvəl cütlük arasında səs-küylü mübahisə baş verib və bu, digər mənzillərin sakinləri tərəfindən də eşidilib. Polis hadisənin təsadüf nəticəsində baş verib-vermədiyini və ya qadının yıxılmasında ərinin məsuliyyətinin olub-olmadığını araşdırır. Xilasedicilərin bildirdiyinə görə, güclü külək qadının yıxılmasını qismən yumşaldaraq onun sağ qalmasına səbəb ola bilər. Qadının əri istintaq başa çatana qədər saxlanılıb.

 

Seçilən
21
Ajans.az

1Mənbələr