Bakı. Trend:
1 yanvar 2026-cı ildən etibarən Bolqarıstan rəsmi olaraq levadan(Bolqarıstanın milli valyutası –red) imtina edərək, Avrozonayaqoşulmuş sayca 21-ci ölkə olacaq.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buna Sofiyanın inflyasiya səviyyəsi, büdcəkəsiri, uzunmüddətli borclanmanın dəyəri və məzənnə sabitliyi iləbağlı bütün rəsmi tələbləri yerinə yetirməsi zəmin yaradıb.Bolqarıstanın avroya keçidi ilə valyutadan istifadə edənavropalıların sayı 350 milyonu ötəcək.
Bolqarıstanda ölkənin levadan imtina etməsi isə əhali arasındabirmənalı qarşılanmır. Biznes dairələri ümumilikdə qarşıdan gələndəyişiklikləri dəstəkləyir. Eyni zamanda əhalinin bir hissəsi hesabedir ki, Avropa İttifaqı tənəzzülə və parçalanmaya doğru gedir vəbu baxımdan avroya keçid faydadan çox problem gətirəcək.