AZ

Tusk Ukraynanın ərazi məsələlərində güzəştə getməli olduğunu bildirib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ukraynada sülh bir neçə həftə ərzində əldə oluna bilər.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

“Üfüqdə sülh görünür. Şübhə yoxdur ki, bu müharibənin olduqca tez bitəcəyini düşünməyə əsas verən hadisələr baş verib”, - Tusk deyib.

O, sülhün növbəti aylarda yox, yaxın həftələrdə əldə olunacağını qeyd edib.

Donald Tusk ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətləri verməsinin münaqişənin tezliklə bitəcəyinə ümid oyatdığını, lakin Ukraynanın ərazi məsələlərində güzəştə getməli olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
apa.az

5Mənbələr