AZ

QHT Agentliyinin Müşahidə Şurasının üzvlərini tanıyaq

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi – DOST İnklüziv İnkişaf Mərkəzinin rəhbəri Muşahidə Şurasıdna yer aldı.

 

30 dekabr 2025-ci il tarixində İlham Əliyev tərəfindən imzalanan Sərəncamla Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Sərəncama əsasən, Şuranın yeni tərkibində dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri yer alıb. Təsdiq olunan üzvlər arasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru da var. 

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsaridir.

Elnarə Ənsari haqqında qısa məlumat:

Elnarə Ənsari 1979-cu ildə anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və Audit fakültəsi üzrə təhsil alıb.
 
2001-2014-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2014-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini işləyib.
 
2024-cü il oktyabrın 1-dən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
 
İngilis və rus dillərini bilir. 
 
Ailəlidir, 2 övladı var.

Seçilən
75
qht.az

1Mənbələr