AZ

Prezident üç sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Vətəninfo.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

xxx

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı yeni tərkibi aşağıdakı kimi təsdiq edilib:

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi

Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü

xxx

Azərbaycan Prezidenti İlham Əliyev Rasim Nəsrəddin oğlu Musabəyovun “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, R.Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Seçilən
60
42
veteninfo.az

10Mənbələr