AZ

FİFA prezidenti DÇ-2026-nın biletlərinin qiyməti ilə bağlı tənqidlərə cavab verdi

Dubayda keçirilən Ümumdünya İdman Sammitində FİFA prezidenti Canni İnfantino DÇ-2026-nın biletlərinin bahalığı ilə bağlı səngiməyən tənqidlərə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, dünya futbol qurumunun başqanı belə danışıb:

"Bu gəlirin bütün dünyada futbolun inkişafına yönəldilməsi önəmli şərtdir. FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı. Futbol dünya çempionatından əldə etdiyimiz və bu diman növünün inkişafına yönəltdiyimiz gəlirlər səbəbindən mövcuddur".

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul aralığında keçiriləcək. Dünya birinciliyə Kanada, ABŞ və Meksika evsahibliyi edəcək.

Nihat

Seçilən
50
fanat.az

1Mənbələr