AZ

İcra başçısı Röyaya görə tənqid edildi - RƏSMİ AÇIQLAMA 

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

Ölkə.Az xəbər verir ki, buna səbəb isə başçının yeni il tədbirində çıxış etmək üçün gələn Röya Ayxanı qarşılaması olub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdən əvvəl Xalq artisinə gül buketi təqdim olunub. Daha sonra başçı Röya Ayxanı şəxsən qarşılayıb.

Sosial şəbəkə istifadəçiləri adi vətəndaşların başçı ilə görüşmək üçün günlərlə növbə gözlədiyi halda başçının müğənnini şəxsən qarşılamasını doğru hesab etmədiklərini bildiriblər.

Ölkə.Az məsələ ilə əlaqədar Xətai RİH-yə sorğu ünvanlayıb. RİH-dən sorğuya cavab olaraq burada neqtiv bir məqam olmadığı bildirilib:

“Azərbaycan Respublikasının Xalq artisti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şagirdləri üçün konsert proqramı ilə çıxış edib. Tədbirdə icra başçısı, millət vəkilləri, şəhid və qazi ailələri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin memarı olduğu Liseyin muzeyi ziyarət olunub.

İnsanın evinə qonaq gələndə onu qarşılayırlar. Minnətdarıq ki, Xalq artisti gəlib belə bir tədbirdə uşaqlarımızı sevindirdi. Burada pis nəsə yoxdur”,- deyə cavabda bildirilib.

Billurə

Seçilən
38
1
olke.az

2Mənbələr