Tovuzda yol-nəqliyyatı hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz şəhərinin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb.
Ağstafa sakini Kənan Salahov idarə etdiyi “OPEL” markalı avtomobillə diqqətsizlikdən baş yola çıxarkən hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub, “OPEL” piyda səkisinə çırpılıb.
Hadisə nəticəsində “VAZ -2104” markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb, yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.