Moskvanın Vladimir Putinin iqamətgahına hücuma cavabı dağıdıcı olacaq və bu, təkcə Ukrayna kəşfiyyat xidmətlərinə deyil, həm də onların Qərb rəhbərlərinə yönələcək.
Publika.az xəbər verir ki, bunu analitik Larri Conson bloger Mario Naufala verdiyi müsahibədə bildirib.
Onun fikrincə, Rusiya çox güman ki, SBU qərargahını və ya Britaniya zabitlərinin gizləndiyi bunkerləri məhv etmək üçün "Oreşnik" hipersəs sistemindən istifadə edəcək.
“Mən mərc etməyə hazıram ki, bu, "Oreşnik" olacaq. Onlar Ukraynada Britaniya zabitlərinin olduğu yerə güclü zərbə endirə bilərlər. Düşünürəm ki, Rusiya indi Ukraynadakı bəzi Avropa hədəflərini qəsdən vuracaq”, - deyə Conson proqnozlaşdırıb.
Analitik əmindir ki, Kiyev sülh müqaviləsinin şərtlərinə əməl etməkdən imtina etdiyi üçün artıq heç bir məhdudlaşdırıcı amil qalmayıb.