Bakı. Trend:
Prezident Vladimir Putin 2026-cı ildə səfərbərlik üzrə ehtiyatdaolan şəxslərin xüsusi toplanışlara cəlb edilməsi barədə qərar qəbuledib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Dövlət başçısının fərmanına əsasən, onlar strateji əhəmiyyətlikritik obyektlərin mühafizəsinə təhkim olunacaqlar.
Putin mühüm obyektlərin mühafizəsi məqsədilə ehtiyatda olanlarıntoplanışları haqqında qanunu noyabr ayında imzalayıb. RusiyaSilahlı Qüvvələrinin Baş Qərargahında bildiriblər ki, söhbət, ocümlədən, energetika və nəqliyyat obyektlərindən gedir.
Üç nəfərdən ibarət mobil qrupların- sürücü, pulemyotçu vəlokatorlara qoşulmuş ekipaj rəisi — yaradılmasının planlaşdırıldığıda qeyd olunub. “Mash” nəşri yazır ki, Rusiyada enerjiobyektlərinin mühafizəsinə cəlb olunan ehtiyatçıların sayı beş minnəfərə çatıb. İlkin mərhələdə könüllülər arasında əsasən gücstrukturlarında iş təcrübəsi olan kişilər üstünlük təşkil edirdi,lakin sonradan adi vətəndaşlar da bu prosesə qoşulublar.
Qeyd edək ki, hökumət mühafizə olunmalı obyektlərin siyahısınımüəyyən etməlidir. Nazirliyinin xüsusi toplanışların keçirilməsinitəmin edəcək hərbi hissələrin siyahısını müəyyən edəcəyi hissədə“xidməti istifadə üçün” qeydi olan altbənd mövcuddur.