AZ

“Beşiktaş” Premyer Liqadan oyunçu alır

“Beşiktaş” Rusiyanın “Spartak” klubunda çıxış edən vinger Teo Bonqondonu icarəyə götürmək istəyir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin skautları Konqo DR millisinin üzvünü Afrika Millətlər Liqasının Mərakeşdə keçirilən oyununda canlı izləyib.

Bonqondonun qışdan sonra “Beşiktaş”a keçidi ilə bağlı qərarın turnirdən sonra veriləcəyi bildirilir.

“Spartak”la müqaviləsi 2027-ci ilin yayına qədər olan 28 yaşlı futbolçu daha əvvəl “Zulte Varegem”, “Selta”, “Trabzonspor”, “Genk” və “Kadiz” klublarında çıxış edib.

Seçilən
118
idmanxeber.az

1Mənbələr