AZ

“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir

Lider mobil operator “Hədiyyə çarxı” kampaniyasını yenilənmiş formatda istifadəyə verib. Yeni format çərçivəsində abunəçilər  həftədə bir dəfə kampaniyada ödənişsiz iştirak edə bilərlər. 

"Unikal" xəbər verir ki, kampaniya çərçivəsində “iPhone” və digər smartfonlar, ağıllı saatlar, modemlər və müxtəlif cihazlar, eləcə də dəqiqələr və internet paketləri daxil olmaqla geniş çeşiddə hədiyyələr təqdim olunur.

Kampaniyada nömrələri ikitərəfli açıq olan bütün Azercell abunəçiləri iştirak edə bilər. Azercell-ə yeni qoşulan abunəçilər isə çarxı növbəti həftədən etibarən çevirə biləcəklər.

Kampaniyadan yararlanmaq üçün abunəçilərin “Azercell” mobil tətbiqində “Üstünlüklər” bölməsinə daxil olaraq “Hədiyyə çarxı”na qoşulması kifayətdir.

Ətraflı məlumat üçün: "Hədiyyə Çarxı" kampaniyası | Azercell

Seçilən
94
4
unikal.az

6Mənbələr