AZ

Mahir Emreli onlayn şahmat oynayarkən diqqət çəkən paylaşım edib - FOTO

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli şəxsi “Instagram” hesabında diqqət çəkən paylaşım edib.

İdman.Biz xəbər verir ki, paylaşımda görünür ki, M.Emreli boş vaxtlarında onlayn şahmat oynayır və rəqibi ilə söhbət də edir.

“Emreli 10” ləqəbi ilə şahmat oynayan Mahir Emrelidən rəqibi futbolçunun özünün, yoxsa fanatının olduğunu soruşur. Mahir “Özüməm” cavabı verir və oyun davam etdirilir.

İdman.Biz
Məqalədə:
Seçilən
110
9
idman.biz

10Mənbələr