AZ

Bu il markerlərə 1,1 milyon manatdan çox əmək haqqı ödənilib - RƏSMİ

Bakı. Trend:

Markerlərə əmək haqqı ödənilməsi qaydalarına əsasən, ödənişlərimtahan nəticələrinin elan olunmasından və nəticələrə dairiştirakçıların müraciətlərinin araşdırılmasından sonra həyatakeçirilir. Bütün bu şərtlər müqavilədə əvvəlcədən qeyd olunur vəmarker öncədən ödənişin nə vaxt veriləcəyini bilir. Beləliklə, hərhansı bir gecikmə baş vermir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahanMərkəzindən məlumat verilib.

Bildirilib ki, yazı işlərinin yoxlanılması prosesində iştirakedən markerlərə əmək haqqı ödənişi təsdiq olunmuş tariflərə uyğunolaraq müqavilə əsasında ödənilir:

"Tariflər tapşırıqların cavablandırılması üçün tələb olunanmərhələ saylarına və yazı işlərinin yoxlanılmasına sərf olunan ortavaxtlara əsasən müxtəlif kateqoriyalara bölünür. Kateqoriyalar üzrətariflər 1 yazı işi üçün 8 qəpikdən (1 ədəd yazı işininyoxlanılmasına 9 saniyədən az vaxt sərf olunduqda) 35 qəpiyə qədər(1 ədəd yazı işinin yoxlanılmasına 40 saniyədən çox vaxt sərfolunduqda) dəyişir. Bəzi işlərin yoxlanılmasına (məsələn, xaricidil və yeni növ tapşırıqlar) isə 1 manat 10 qəpik ödənişedilir.

Ödəniş məbləği markerin yoxladığı işlərin kateqoriyasına vəsayına görə fərqlənir. Markerin yoxlama keyfiyyəti ona təqdimolunan tapşırıqların sayına təsir göstərir, yəni keyfiyyətliyoxlama aparan marker daha çox yazı işi qiymətləndirdiyi üçün dahayüksək əmək haqqı alır".

Qeyd olunur ki, 2025-ci ildə yazı işlərinin yoxlanılması iləbağlı markerlərə ümumilikdə 1,1 milyon manatdan çox əmək haqqıödənilib.

"Kampaniya dövründə buraxılış imtahanı fənləri (Azərbaycan dili,riyaziyyat, rus dili və xarici dil) üzrə bir markerə orta hesabla1400-1500 manat, bütün fənlər üzrə isə bir markerə orta hesabla700-800 manat əmək haqqı ödənilib.

Qaydalara əsasən, ödənişlər imtahan nəticələrinin elanolunmasından və nəticələrlə bağlı iştirakçıların müraciətlərininaraşdırılmasından sonra həyata keçirilir, çünki apellyasiyaprosesinin nəticələri ödənişlərə təsir göstərə bilər. Məsələn, əgərmarker səhvə yol veribsə, həmin yoxlama işi üçün ödəniş verilmir.Bütün bu şərtlər müqavilədə əvvəlcədən göstərilir və markerəvvəlcədən ödənişin nə vaxt veriləcəyini bilir. Beləliklə, hərhansı bir gecikmə baş vermir", - məlumatda əlavə edilib.

Qeyd edək ki, təhsil ekspertləri televiziya kanallarınaverdikləri müsahibələrdə marker müəllimlərin əmək haqqıməbləğlərinin çox aşağı olduğunu və ödənilməsinin aylarlagecikdiyini iddia edirlər.

Seçilən
69
4
az.trend.az

5Mənbələr