AZ

Azərbaycan vətəndaşları da Gürcüstandan deportasiya edildi

Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları 63 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Ölkə.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları ölkədən deportasiya edilib.

Bu ilin əvvəlindən bəri Gürcüstandan deportasiya edilən xarici vətəndaşların ümumi sayı 1302 nəfərə çatıb.

Seçilən
81
3
olke.az

4Mənbələr