AZ

Tramp: “Səudiyyə Krallığı İbrahim sazişlərini imzalamağa hazırdır”

AzVision.az Amerika mediasına istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransından sonra Donald Tramp sazişlərin iştirakçılarının dairəsinin genişləndirilməsi prosesinin “kifayət qədər sürətlə” gedəcəyini iddia edib.

“Səudiyyə Ərəbistanı özünü çox yaxşı aparır. Mən başa düşdüyüm qədər, İsraillə anlaşmaq üçün Ər-Riaddan istədiyimiz hər şeyi onlar ediblər”, - Amerika lideribildirib.

Tramp Netanyahudan“vəziyyəti sakitləşdirməyi” xahiş edib
Tramp həmçinin Ər-Riyadın yəhudi dövləti ilə münasibətlərini rəsmiləşdirəcəyinə əminliyini ifadə edib.

- Onlar razılaşacaqlar və nə vaxtsa İbrahim sazişlərini imzalayacaqlar”, - Ağ Evin rəhbəri bildirib.

Xatırladaq ki, İsrailin baş naziri Binyamiin Netanyahu ilə görüşdə Donald Tramp Təl-Əvivi İordan çayının Qərb sahilində vəziyyəti sakitləşdirməyə çağırıb. Birgə mətbuat konfransında isə, Amerika lideri Binyamin NetanyahununTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmətlə yanaşdığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
45
azvision.az

1Mənbələr