AZ

Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar təqdim edilib

Bakı. Trend:

30 dekabr 2025-ci il tarixində Azərbaycan RespublikasınınPrezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 19 elmisahə üzrə elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplomlar vəattestatlar, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədinnostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdimedilməsi ilə bağlı tədbir keçirilib.

Trend xəbərverir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasıməlumat yayıb.

Bildirilib ki, fizika, kimya, biologiya elmləri, yer elmləri,aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri,coğrafiya, tarix, hüquq elmləri, filologiya elmləri, pedaqogika,siyasi elmlər, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktorudissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcəverilmiş 42 iddiaçıya fəlsəfə doktoru, 11 iddiaçıya elmlər doktorudiplomları təqdim olunub.

Həmçinin xarici ölkələrin ali təhsil müəssisələrində elmi dərəcəalmış 12 nəfərə nostrifikasiya şəhadətnaməsi təqdim edilib. Eynizamanda 1 nəfərə professor attestatı təqdim olunub.

Kimya elmi sahəsində “Qeyri-üzvi kimya”, biologiya sahəsində“Genetika”, hüquq elmləri sahəsində “Cinayət prosesi,kriminalistika və məhkəmə ekspertizası”, riyaziyyat sahəsində“Analiz və funksional analiz”, “Bərk cisimlər fizikası”,“Deformasiyaya uğramış bərk cisim mexanikası”, tarix sahəsində“Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professorattestatları təqdim edilib.

Seçilən
98
6
az.trend.az

7Mənbələr