"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Liverpul" məşqçisi Aaron Briqqslə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Sözügedən mütəxəssis 2024-cü ilin iyulundan Mersisayd təmsilçisində işləyirdi.
Qeyd edək ki, 18 oyuna 32 xal toplayan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. İngiltərə nəhəngi "Qarabağ"la yanvarın 28-də üz-üzə gələcək. Qarşılaşma ÇL-in əsas mərhələsinin 8-ci turu çərçivəsində "Enfild"də keçiriləcək.
Nihat