ain.az, Gununsesi saytına istinadən bildirir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ötən həftə Azərbaycanda saxlanılan erməni separatçılarına baş çəkiblər.
Maraqlıdır ki, Qızıl Xaçın Azərbaycandakı fəaliyyəti dayandırılıb və missiya ölkədən çıxarılıb.
Bəs görəsən, onlar Azərbaycana hansı formada səfər edib?
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərdik.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, bu məsələyə dair xüsusi bir şərh vermək istəmirlər:
“Bu məsələyə dair xüsusi bir şərhimiz yoxdur. Açıqlama olsa bildirəcəyik”.
Dövlət Təhlükəsizliyi Xidməti də məsələni şərh etməkdən imtina edib.
Firuzə Mahmudova
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.