Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son günlər Ağdamın işğaldan azad olunmuş Kəngərli kəndində evlərin inşasında penoplastdan istifadə edildiyi və üzlüyün yanğın təhlükəsi yaratdığına dair iddia yayılıb.
Baku TV-nin məlumatına görə, məsələ ilə bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında tikinti və idarəetmə xidmətinin keyfiyyətə nəzarət şöbəsinin müdiri Ramin Quliyev bildirib ki, layihə çərçivəsində istifadə olunan bütün tikinti materialları keyfiyyət sertifikatına malikdir və laboratoriya sınaqlarının nəticələri mövcuddur.
"Kəngərlidəki evlərlə bağlı iddialar həqiqəti əks etdirmir" - Mütəxəssislərdən AÇIQLAMA
"Həmin materiallar yanğına davamlılıq baxımından Q1 sinfinin tələblərinə cavab verir. Sakin tərəfindən irəli sürülən iddia həqiqəti əks etdirmir. Belə ki, əgər evdə yanğın baş versəydi, alov bütün tikilini əhatə etməli idi. Lakin təhlükəsizlik standartlarına tam uyğun seçilmiş materiallar yanma əvəzinə ərimə prosesinə keçib və sönüb".
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin müfəttişi Samir Ələkbərov isə qeyd edib ki, evlərin tikintisi zamanı həm daxili bəzək işlərində, həm də xarici fasad və dam örtüyündə layihədə nəzərdə tutulmuş və təyinatına uyğun materiallardan istifadə edilib:
"Sözügedən materialların hamısı Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılıb və layihəyə uyğun icra edilib. Bu haqsız bir iddiadır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.