...SİA xəbər verir ki, "Reuters" agentliyinin verdiyi məlumata görə, Polşanın Baş naziri Donald Tusk Avropa liderləri, Kanada və NATO nümayəndələri ilə danışıqlardan sonra Ukraynadakı müharibənin yaxın bir neçə həftə ərzində başa çata biləcəyini bildirib.
Tuskun sözlərinə görə, son hadisələr müharibənin
Lakin o, bunun 100 faiz əminlik olmadığını vurğulayıb.
...Sülhün üfüqdə olduğunu deyəndə, aylar və ya illər yox, qarşıdakı həftələri nəzərdə tuturam. Yanvar ayına qədər hamımız Ukraynanın və dünyanın bu hissəsinin gələcəyi ilə bağlı qərarlar qəbul etmək üçün bir araya gəlməliyik, - deyə Polşanın Baş naziri qeyd edib.
O, həmçinin bildirib ki, ABŞ-ın Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri münaqişəyə tez bir zamanda son qoymağa imkan verir.
Lakin Tusk qeyd edib ki, Kiyev ərazi məsələlərində güzəştə getməli olacaq.
Əli Babayev