AZ

Bakıda 63 yaşlı kişi arvadını döydü

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Qaradağ rayonunda 63 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birlikdə yaşadıqları ünvanda baş verib. Salyan rayon sakini, 1962-ci il təvəllüdlü Mehdi yaşadıqları evin mətbəxində olan zaman arvadı Sənəm (adlar şərtidir – red.) mübahisə edib. Bu zaman o, aralarında yaranmış sözlə mübahisə zamanı zərərçəkmiş şəxsin üz nahiyəsini əli ilə cırıb, sağ əl nahiyəsinin 5-ci barmağını burmaqla ona fiziki ağrı yetirib. Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ərinə qarşı şikayətini geri götürüb. 

Məhkəmənin hökmü ilə Mehdi barəsində olan cinayət işi üzrə məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr