AZ

Ukraynadakı soydaşlarımız Həmrəylik Günündə bir araya gəliblər (FOTO)

Bakı. Trend:

Ukraynanın müxtəlif şəhərlərində soydaşlarımız 31 Dekabr – DünyaAzərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Dnepropetrovskda yerləşən "DnepropetrovskAzərbaycanlıları Liqası" Milli Mədəniyyət Mərkəzində baş tutantədbir Azərbaycan diasporunun nümayəndələrini milli birlik ideyasıətrafında birləşdirib. Tədbirin təşkilatçısı və həftəsonuməktəbinin direktoru Yaqut Bəşirova bu cür tədbirlərin gənc nəslinvətənpərvərlik ruhunda tərbiyəsi üçün son dərəcə vacib olduğunudeyib. “Dnepropetrovsk Azərbaycan Liqasının rəhbəri Sərxoşİsmayılovun dəstəyi ilə təxminən 13 ildir fəaliyyət göstərənməktəbimiz gəncləri öz köklərinə və mədəni ənənələrinə hörmətetməyə öyrədir",- deyə direktor bildirib. Həftəsonu məktəbininşagirdləri milli mahnılarımızı ifa edib, Azərbaycan haqqındaşeirlər səsləndirib. Onlar, həmçinin bayram viktorinasında suallarıcavablandıraraq fəallıq nümayiş etdiriblər. Tədbir çərçivəsindəetnik və milli üslubda zərgərlik məmulatlarının hazırlanması üzrəustad dərsi keçirilib.

Krivoy-Roq şəhərinin tanınmış Mədəniyyət saraylarından olanKaraçunada baş tutan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vəYeni il tədbirində şəhər merini əvəz edən Yuriy Vilkul, müaviniSergey Sergeyeviç, şəhər radasının deputatları və diasportəşkilatının nümayəndələri iştirak ediblər. Yuriy Vilkul tədbiriştirakçılarına bayram münasibətilə təbriklərini çatdırıb, Ukraynadövləti adından Azərbaycan dövlətinə və Ukraynada yaşayansoydaşlarımıza göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Digərçıxışçılar hər iki xalq arasında əlaqələrin inkişafından, Ukraynadayaşayan soydaşlarımızın fəaliyyətindən danışıblar. Tədbir dahasonra bədii hissə ilə davam edib.

Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Seçilən
36
6
az.trend.az

7Mənbələr